Poqba Makronun İslam dini ilə bağlı çıxışlarına görə Fransa millisindən imtina etdi

26-10-2020, 09:54           
Poqba Makronun İslam dini ilə bağlı çıxışlarına görə Fransa millisindən imtina etdi
Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun ulduz futbolçusu Pol Poqba Fransa millisindəki kariyerasını bitirib.
Yeniavaz.com “The Sun” nəşrinə istinadla xəbər verir ki, bu haqda məlumatı Orta Şərq xəbər mənbələri yayıb. Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçinin qərarına səbəb Fransa prezidenti Emmanuel Makronun İslam dinini beynəlxalq terrorizmin mənbəyi adlandırması olub. Qeyd olunub ki, onun qərarında Məhəmməd peyğəmbərin iriölçülü karikaturalarının Fransanın bir çox dövlət əhəmiyyətli binalarına vurulması da rol oynayıb.
Qeyd edək ki, hələlik nə Fransa Futbol Federasiyasından, nə də futbolçunun özündən bu barədə açıqlama verilməyib.
Xatırladaq ki, Emmanuel Makron Fransanın Konflan-Sent-Onorin şəhərində Samuel Peti adlı müəllimin ölümünü “İslami terror hücumu” kimi qiymətləndirmiş və bundan sonra həm ölkə, həm də dünya səviyyəsində bununla mübarizə aparacaqlarını bildirmişdi. Sözügedən hadisə isə oktyabr ayının 16-da 47 yaşlı S. Peti dərs dediyi orta məktəbdən evinə qayıdarkən baş vermiş və o, başı kəsilərək öldürülmüşdü.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.