DÇ-2022: Belçika Kanadaya qalib gəldi - YENİLƏNİB + VİDEO

24-11-2022, 08:51           
DÇ-2022: Belçika Kanadaya qalib gəldi - YENİLƏNİB + VİDEO
Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Belçikanın 1:0 üstünlüyü ilə yekunlaşıb.

00:17

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ikinci hissə başlayıb.

Oxu.Az xəbər verir ki, oyunun ilk 45 dəqiqəsi Belçikanın 1:0 üstünlüyü ilə başa çatıb.

23:56

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ilk hissə başa çatıb.

Oxu.Az xəbər verir ki, oyunun ilk 45 dəqiqəsi Belçikanın 1:0 üstünlüyü ilə başa çatıb.

23:47

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında hesab açılıb.

Oxu.Az xəbər verir ki, matçın 44-cü dəqiqəsində Miçi Batşuay Belçikanı önə çıxaran qola imza atıb.
23:12

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ikincilər penaltidən yararlana bilməyib.

Oxu.Az xəbər verir ki, matçın 10-cu dəqiqəsində belçikalı Karraskonun cərimə meydançasında əllə oynamasından sonra təyin olunan penalti zərbəsini Alfonso Deyvis boşa verib.

Onun zərbəsini Belçikanın qapıçısı Tibo Kurtua qaytarıb.
23:01

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda Belçika - Kanada matçı başlayıb.

Oxu.Az xəbər verir ki, oyunda hesab açılmayıb.

22:36

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Belçika və Kanada yığmalarının start heyətləri bəlli olub.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Brüyne, Yannik Karrasko, Timoti Kastan, Eden Azar, Mişi Batşuayi, Yuri Tilemans

Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Cunior Hoylett, Atiba Hatçinson, Stiven Euştakiu, Riçi Lareya, Tedjon Byukenen, Conatan Devid, Alfonso Deyvis

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.