Məşhur boksçudan Putinə TƏKLİF: “Onunla şahmat oynamaq istəyirəm”

24-03-2023, 11:44           
Məşhur boksçudan Putinə TƏKLİF:
Amerikalı boksçu Kevin Conson Rusiya prezidenti Vladimir Putinlə şahmat oynamaq istədiyini söyləyib.

Bizim.Media xəbər verir ki o, bunu ən böyük arzularından biri kimi qələmə verib:

“Rusiyalı boksçu Aleksandr Povetkinlə şahmat oynamışam. Bu, mənim üçün yeni təcrübə deyil. Şahmat oynamağı sevirəm. Ən böyük arzum isə Vladimir Putinlə şahmat oynamaqdır. Putin mənim üçün dünyanın ən hörmətəlayiq insanıdır. Bu, mənim üçün ən böyük şərəf olardı".

Conson qalib gəlmək şanslarını belə dəyərləndirib:

"Bəlkə də, o məni şahmatda məğlub edərdi. Çünki o qədər də yaxşı oynamıram. Amma istənilən halda, oynamağı bacarıram”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.