Özil: "Təyyarə havaya qalxanda göz yaşlarım axırdı"

25-03-2023, 11:24           
Özil: "Təyyarə havaya qalxanda göz yaşlarım axırdı"
Bu ay futbolçu karyerasını başa vuran Məsut Özil 2013-cü ildə "Real"ı tərk etməsinin səbəbi haqda danışıb.

Qol.az xəbərə verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Madriddən ayrıldığım üçün çox kədərləndim, hava limanındakı o hissləri xatırlayıram... "Real"da gözəl üç il keçirdim, çox xoşbəxt idim. Lakin sonra bütün bunlar baş verdi. Mövsümün əvvəlində qəfildən oyun dəqiqələrim azalmağa başladı və sonra Florentino Peres, atam və agent arasında münaqişə yarandı. Yeni klub axtarmalı oldum. Mənim üçün çətin idi. Təyyarə havaya qalxanda göz yaşlarım axırdı. O an hər şeyin bitdiyini anladım.

Əgər keçmişə qayıtsam fikrimi dəyişərdimmi? O vaxt bu qərar yaxşı görünürdü. Pereslə münaqişədən sonra oynamayacağımdan narahat idim. Demək çətindir. Amma bəlkə də Pereslə bu vəziyyəti başqa cür həll edə bilərdik".

Qeyd edək ki, Özil 2010-2013-cü illərdə "kral klubu"nun formasını geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru