Türkiyənin 4 futbolçusu millinin düşərgəsini tərk edib

25-03-2017, 21:35           

Moldova ilə yoldaşlıq görüşünə hazırlaşan Türkiyə milli komandasının düşərgəsini 4 futbolçu tərk edib.

"Report"un məlumatına görə, Volkan Şen, Volkan Babacan və Ömer Toprak baş məşqçi Fatih Terimin icazəsi ilə komandadan ayrılıblar. Gökhan Gönülün isə Finlandiya ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçında aldığı zədənin ciddi olduğu müəyyənləşib. Ona müalicəsini klubunda davam etdirməsi məsləhət görülüb.

Qeyd edək ki, martın 27-də Eskişehirdə keçiriləcək Türkiyə - Moldova matçı Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.