"Apple" yeni "iPad" modelini təqdim edib

11-09-2019, 07:51           
"Apple" yeni "iPad" modelini təqdim edib
"Apple" şirkəti Kupertino şəhərində (Kaliforniya ştatı) yeni "iPad" modelini təqdim edib.

Trend-in məlumatına görə, 7-ci nəsil "iPad" 10,2 düym ölçüsündə "Retiran" ekranı və "A10 Fusion" prosessoru ilə təchiz edilib. Yeni "iPad" artıq barmaq izini də tanıyacaq.

Həmçinin yeni model "Apple Pencil" ilə təchiz edilib.

Yeni "iPad" modelini artıq sifariş etmək mümkündür. Planşetlər ABŞ-da 329 dollar qiymətinə satılacaq.

Bundan əlavə, təqdimat mərasimində yeni "Apple Watch Series 5" smart-saatı da təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru