DİN-in İKİ BAŞ İDARƏSİNƏ RƏİS TƏYİN EDİLDİ – Nazirlikdə növbəti kadr islahatları

15-11-2019, 00:01           
DİN-in İKİ BAŞ İDARƏSİNƏ RƏİS TƏYİN EDİLDİ – Nazirlikdə növbəti kadr islahatları
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Strateq.az hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmriylə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmriyləsə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan qabaqkı rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.