SSRİ-dən qaçan KQB mayoru ABŞ-da öldü

6-12-2019, 12:21           
SSRİ-dən qaçan KQB mayoru ABŞ-da öldü
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 8-ci idarəsinin (rabitə və şifrələmə) keçmiş mayoru Viktor Şeymov ABŞ-da ölüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Komsomolski Pravda” yayıb. Məlumata görə, Şeymov 73 yaşında ciyərlərindəki xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Şeymov 1980-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin vasitəçiliyi ilə SSRİ-dən qaçıb. O, SSRİ rəhbəri Yuri Andropovun əsas kriptoqrafı olub.

Şeymov ABŞ-da1979-cu ildən özünün istəyi əsasında çalışmağa başlayıb. O, ailəsi ilə birgə ölkədən qaçırıldıqdan sonra SSRİ kəşfiyyatı 5 il ərzində ailənin hara yox olduğunu müəyyən edə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru