Monteneqroda iki jurnalist qeyri-dəqiq məlumata görə həbs edildi

14-01-2020, 08:46           
Monteneqroda iki jurnalist qeyri-dəqiq məlumata görə həbs edildi
Monteneqroda iki jurnalist ölkədə yanlış informasiya yaydıqları üçün həbs olunublar.

“RİA Novosti” xəbər verir ki, həbs olunanlar müxalif “İN4S” və “Borba” portallarının redaktorları Qoyko Raiçeviç və Caren Jivkoviçdir.

Jurnalistlərin yaydığı məlumatda “Qoritsa” prezident villasında partlayış baş verdiyi bildirilib.

Sözügedən bina ölkədə rəsmi tədbirlər üçün istifadə olunur.

Polis rəsmi açıqlama verərək bildirib ki, villada əslində elektrik avadanlığı sıradan çıxaraq qısa qapanma yaradıb.

Müxalifət həbslərin söz azadlığına və jurnalist toxunulmazlığına xələl gətirdiyini bildirərək onların azadlığa buraxılmasını tələb edir./Oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru