Avtomobil dayanacağa çırpıldı, ata ilə oğulun üstünə aşdı

7-06-2020, 08:57           
Avtomobil dayanacağa çırpıldı, ata ilə oğulun üstünə aşdı
Rusiyanın Xabarovsk şəhərində iki nəfərin ölümü ilə nəticələnmiş dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

TASS xəbər verir ki, “Toyota Premio” avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yaxınlıqdakı ictimai nəqliyyat dayanacağına çırpılıb.

Toqquşmadan sonra maşın aşıb və dayanacaqda olan ata ilə oğulun üstünə düşüb.

Uşaq hadisə yerində ölüb, atası isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünün sərxoş olduğunu müəyyənləşdiriblər.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.