Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU - Çingiz Qənizadənin oğludur

10-07-2020, 13:18           
Nərimanov rayon prokuroruna yeni müavin TƏYİN OLUNDU -
Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.