Qırıcı təyyarə QƏZAYA UĞRADI

14-07-2020, 12:32           
Qırıcı təyyarə QƏZAYA UĞRADI
ABŞ-da ölkənin hərbi hava qüvvələrinə məxsus F-16 Viper hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb.

AZSABAH.COM xəbər verir ki, hadisə Nyu-Meksiko ştatındakı ABŞ-ın hava qüvvələrinin Hollomen bazasında baş verib.

Bildirilir ki, qırıcının pilotu təlim uçuşu edib və enmə zolağına yaxınlaşarkən idarəetməni itirib. O qəzadan dərhal qabaq katapulta edə bilib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edilir ki, ABŞ-da may ayından indiyədək hərbi təyyarənin beşinci qəzasıdır.

İyulun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Şou (Cənubi Karolina) adlanan bazasında təlim uçuşu edərkən digər F-16CM təyyarəsi qəzaya uğrayıb və pilotu ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.