İsveçdə soydaşımızın erməni təcavüzünə məruz qalması xəbəri yalan çıxdı – Təkzib

3-08-2020, 22:33           
İsveçdə soydaşımızın erməni təcavüzünə məruz qalması xəbəri yalan çıxdı – Təkzib
Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında yayılan məlumat tatamilə yanlışdır.

Ovqat.com-a bu barədə məlumat İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva Söderberg tərəfindən verilib.

Məlumatda deyilir:

“Bu məlumatın yanlış olduğunu Kənan Rüstəmovun həyat yoldaşı Ülviyyə Nəcəfova təsdiqləyib və öz tərəfindən də rəsmi olaraq bütün mətbuat orqanlarınadavə sosial şəbəkələrdə yayılan məlumatın yanlışlığı haqqında da məlumat verib.

Qeyd edim ki, Kənan Rüstəmov səhhəti ilə əlaqədar xeyli müddət bundan əvvəl həkimlər tərəfindən bu günə planlaşdırılmış əməliyyatdan keçib, hal hazırda xəstəxanadadır və səhhəti qənaətbəxşdir.

Kənan Rüstəmovun ailəsi və biz digər azərbaycanlılar bu yanlış məlumatı bir təxribat kimi qiymətləndiririk və ümid edirik ki, bu yanlış məlumatın nə məqsədlə və kimlər tərfindən yayıldığı tezliklə aydınlaşacaq.

Biz İsveçdə yaşayan azərbaycanlılar dünyanın bir çox ölkələrində soydaşlarımıza qarşı olan hücum və təxibatlardan xəbərdarıq və yaşadığımız ölkədə soydaşlarımızı təxribatlara uymamağa, öz tələb və dəstəklərimizi sakit və qanuni yolla həyata keçirməyə səsləyərək tədbirlərimizi bu müstəvidən həyata keçiriik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.