Təyyarə iki yerə bölündü: 20 nəfər öldü - Video

8-08-2020, 05:18           
Təyyarə iki yerə bölündü: 20 nəfər öldü - Video
Hindistanın "Eyr İndia Ekspress" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kerala ştatının Kojikode şəhərinə enişi zamanı eniş-uçuş zolağından çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində pilot həyatını itirib, xeyli sərnişin isə xəsarət alıb.

Təyyarənin iki hissəyə bölündüyü bildirilir.

***

Qəza nəticəsində 14 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.

Yaralılardan 15-nin vəziyyəti ağırdır.

***

Rəsmi orqanların məlumatına görə, qəzada ölənlərin sayı 20 nəfərə çatıb.
.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru