Trampı təlaşlandıran şəxsin kimliyi bəlli oldu

12-08-2020, 09:56           
Trampı təlaşlandıran şəxsin kimliyi bəlli oldu
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Ev ətrafında baş verən silahlı atışma səbəbindən mətbuat konfransını yarımçıq kəsməyə məcbur olmuşdu.

Axar.az xəbər verir ki, insidentlə bağlı bəzi detallar bəlli olub.

Belə ki, atışmanı törədən şəxs Merilənd ştatının sakini 51 yaşlı Beyzil Berriman olub. O, Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanının əməkdaşlarına yaxınlaşaraq özündə silah olduğunu bildirib. Daha sonra o, anidən əməkdaşlardan birinin üzərinə naməlum predment tuşlayıb və insanları öldürəcəyi ilə hədələyib.

Bu əsnada təhlükəsizlik əməkdaşı Berrimana atəş açmağa məcbur olub.

Berrimanın və bir təhlükəsizlik əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.