Dünyanın ən yaşlı milyarderlərindən biri öldü

13-08-2020, 00:07           
Dünyanın ən yaşlı milyarderlərindən biri öldü
Amerikalı biznesmen, “ViacomCBS” media korporasiyasının fəxri sədri Samner Redstoun 97 yaşında vəfat edib.

Gununsesi.info bildirir ki, bu barədə “CNBC” xəbər verib.

Dünyanın ən qocaman milyarderlərindən birinin ölümü barədə onun ailəsi tərəfindən yaradılmış “National Amusements” şirkəti və yaxınları tərəfindən bildirilib.

Qeyd edək ki, “National Amusements” şirkəti 1936-cı ildə milyarderin atası – Maykl Redstoun tərəfindən təsis edilib. Daha sonra sədr vəzifəsini onun oğlu Samner tutub. 2012-ci ildə “CNBC”yə verdiyi müsahibədə o, “Viacom”un alınmasını biznesdə əsas nailiyyət adlandırıb.

Redstoun 1987-2016-cı illərdə “ViacomCBS”in sədri, 1996-2005-ci illərdə isə şirkətin baş direktoru olub. 2019-cu ilin noyabr ayında onun var-dövləti 3,9 milyard dollar məbləğində qiymətləndirilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.