"Biz başqa ölkə uğrunda savaşmırıq" - FOTO

4-04-2016, 13:10           
"Biz başqa ölkə uğrunda savaşmırıq" - FOTO
“Eurovision 2011”in qalibi Eldar Qasımov “Karabakh is Azerbaijan” kampaniyasına qoşulub.

Axşam.az-ın məlumatına görə, cəbhədə baş verən atışmaya münasibət bildirən ifaçı sosial şəbəkədə bunları yazıb:

“Özümü həmişə dünya vətəndaşı kimi hiss etmişəm. Hər bir ölkədə özümə aid olan bir şeylər tapmışam və onlar mənim evim kimi olub. Tarixi köklərim azərbaycanlıdır və mən bununla fəxr edirəm. Ölkəmin hər hansı bir yerindən “müharibə” sözü eşidəndə bütün cismim ağlayır.

Biz başqa ölkə uğrunda savaşmırıq, niyyətimiz digər millətləri alçatmaq deyil. Sadəcə, olaraq biz hazırda özümüzə aid olan torpaqları, gözəllik və möhtəşəmliyi geri qaytarmaq istəyirik. Dünyada olan başqa insanlar kimi sülh şəraitində yaşamaq istəyirik. #‎IamKarabakh‬ ‪#‎KarabakhisAzerbaijan‬ ‪#‎Karabakh‬”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.