“Tesla” 430 mindən çox avtomobili geri çağıracaq

5-12-2022, 09:35           
“Tesla” 430 mindən çox avtomobili geri çağıracaq
Amerikanın elektrik avtomobilləri istehsalçısı “Tesla” parklanma işıqları ilə bağlı problemlərə görə Çin bazarından 435 mindən çox Model 3 və Model Y avtomobilini geri çağıracaq.

Məlumata görə, avtomobilləri işə salan zaman proqram xətası səbəbindən elektromobillərin hər iki və ya bir tərəfindəki arxa işıqlar işləməyə bilər. Bu, zəif görmə şəraitində toqquşma riskini artırır.

Məhz bu səbəbdən 2020-ci ilin dekabrından 2022-ci ilin noyabrınadək istehsal olunmuş 142 min ədəd Model 3 və 2021-ci ilin yanvarından 2022-ci ilin noyabrına qədər konveyerdən çıxan təxminən 293 min Model Y geri çağırılır.

Bildirilir ki, “Tesla” problemi həll etmək üçün proqram yeniləməsini həyata keçirəcək.

Mənbə: TASS












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.