Məşhur şairin ev muzeyində ruhlar dolaşır - Şok görüntü

20-07-2019, 07:36           
Məşhur şairin ev muzeyində ruhlar dolaşır - Şok görüntü
Rusiyanın paytaxtı Moskvada şair Sergey Yesenin adına Dövlət Muzeyində ruhların dolaşdığı iddia edilib.

Kult.az xəbər verir ki, “Danışır Moskva” radiostansiyası bununla bağlı videogörüntü paylaşıb.

Videoda muzey ərazisində naməlum qara ləkənin dolaşdığı aydın görünür.

Muzeyin mətbuat katibi Lyubov Kuryanova da olayı təsdiqləyib.

O bildirib ki, qonşu bağda mühafizəçilər burada qəribə varlığın olduğunu hiss edib, hətta müxtəlif səslərin gəldiyini də eşidiblər:

“Bu, real əhvalatdır. Biz bir ay bu barədə danışmadıq, sonra isə ictimaiyyətə açıqladıq. Hələ ki, heç yerə müraciət etməmişik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.