Elşad Həsənov MM-dəki köməkçisini yanına apardı

6-12-2019, 12:06           
Elşad Həsənov MM-dəki köməkçisini yanına apardı
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun əmri ilə Habil Süleymanzadə başçı köməkçisi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a İH-dən məlumat verilib.

H.Süleymanzadə bu təyinata qədər Milli Məclisdə E.Həsənovun köməkçisi olub.

Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçının sabiq köməkçisi Ağayev Murad Əsgər oğlu olub. Dayısı Əziz Əzizov Suraxanı icra hakimiyyətinə başçı təyin edildikdən sonra M.Ağayevi özünə köməkçisi təyin edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.