Levon Ter-Petrosyandan Nikol Paşinyana dəstək gəldi

6-06-2020, 14:17           
Levon Ter-Petrosyandan Nikol Paşinyana dəstək gəldi
“Kim ölkə rəhbərliyinə qarşı mübarizə aparırsa, o, xalqa xəyanət edir”
Ermənistanın birinci prezidenti (1991-1998) Levon Ter-Petrosyan ölkədəki vəziyyəti şərh edərkən deyib ki, hazırda koronavirusa qarşı müharibə gedir.

Eks-prezident bəyanatını 3 hissəyə bölüb:

1) Koronavirus Ermənistana müharibə elan edib.

2) Koronavirusa qarşı müharibənin bütün ağırlığı ölkə rəhbərliyinin üzərinə düşüb.

3) Kim ölkə rəhbərliyinə qarşı mübarizə aparırsa, o, bilərkdən və ya bilməyərəkdən xalqa xəyanət edir.

O, vurğulayıb ki, müharibə dövründə ölkədaxili siyasi mübarizə dəlilik əlamətidir və belə mübarizəyə heç bir halda haqq qazandırmaq olmaz. “ARMENPRESS”in yaydığı xəbərdə belə deyilir.

Sirr deyil ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan bir vaxtlar Levon Ter-Petrosyanla çox yaxın olub, onun yeritdiyi siyasi xətti müdafiə edib. Düzdür, cənab Paşinyan baş nazir seçildikdən sonra bu münasibətlərdə müəyyən soyuqluq nəzərə çarpırdı. Buna baxmayaraq, Nikol Paşinyan üçün kritik olan bir dönəmdə eks-prezident onun müdafiəsinə qalxıb.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://armenpress.am/eng/news/1017569.html












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.