“Olaylar” qəzeti və eyni adlı İnformasiya Agentliyi satışa çıxarıldı:"Alan varmı?"

5-07-2020, 00:44           
“Olaylar” qəzeti və eyni adlı İnformasiya Agentliyi satışa çıxarıldı:"Alan varmı?"
“Olaylar” qəzeti və eyni adlı agentlik satışa çıxarılıb.

Bu barədə qəzetin təsisçisi və Baş redaktoru Yunus Oğuz açıqlama yayıb.

O, sosial şəbəkədəki hesabında belə yazıb: “25 yaşı olan “Olaylar” qəzetini və “Olaylar” İnformasiya Agentliyini satıram. Alan varmı?”.

Baş redaktor satışın səbəbini açıqlamayıb.

Xatırladaq ki, KİVDF-nin bu gün yardım ayırdığı 18 qəzetin arasında “Olaylar” da var.

Fond siyahıda yardımın məbləğini açıqlamasa da, Mia.az-ın əldə etdiyi məlumata görə, “Olaylar”a hər ay üçün 5 min manat ayrılıb: “Qəzet bu vəsaitlə həftədə bir dəfə nəşr olunmalıdır”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.