“Sobsan”da yanğın: Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində + VİDEO

5-07-2020, 00:47           
“Sobsan”da yanğın:
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Teref.az FHN-ə istinadla xəbər verir ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da yanğın baş verən ərazidir.

Teref.az Report-a istinadla hadisə yerindən video da təqdim edir:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.