Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib

5-07-2020, 11:22           
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib
Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib.

APA “RİA Novosti”yə istinadla bildirir ki, Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək.

Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir.

Meteoroloji proqnozda o da deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal Dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo Bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.