“Koronavirus dərman”ı zəhərlənmə yaradır? - BAŞ TOKSİKOLOQ

15-07-2020, 13:48           
“Koronavirus dərman”ı zəhərlənmə yaradır? - BAŞ TOKSİKOLOQ
“Koronavirus dərman”ı zəhərlənmə yaradır?
Son günlər immuniteti gücləndirdiyi iddia olunan dərmanlara, virusların yaratdığı xəstəliklərin profilaktikası üçün istifadə olunan preparatlara tələbat həddən çoxdur.

Mütəxəssislər bildirir ki, digər xəstəlikləri, məsələn, qaraciyər xəstəliyi olan birində bu dərmanlar toksiki təsir göstərir, həzm sistemində pozulmalar olur. Bəzən bu kimi xəstəlikləri müşahidə edilməyən şəxslərdə isə yanlış dərman istifadəsi zəhərlənməyə səbəb olur.

Dərmanların bu kimi əks təsirlərini düşünmədən alıb istifadə edənlərlə bağlı müraciətlər varmı?

Bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Cebhe. info-ya bildirib ki, sözügedən dərmanların istifadəsindən zəhərlənmə halları müşahidə olunmayıb:

"Müxtəlif dərman preparatlarından istifadə halları bəzən zəhərlənmələrə səbəb olsa da, hazırda bizdə bu barədə müraciətlər, şikayətlər qeydə alınmayıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.