Azərbaycanlı professoru karantinin uzadılmasına görə tənqid etdilər- AÇIQLAMA

3-08-2020, 16:05           
Azərbaycanlı professoru karantinin uzadılmasına görə tənqid etdilər- AÇIQLAMA
Xəbər verdiyimiz kimi artıq bir neçə müddətdir ki, azərbaycanlı tibb mütəxəssislərinə, həkimlərə qarşı ətraf insanlar tərəfindən tənqidi fikirlər səsləndirilir. Karantin rejiminin sərtləşdirilməsi xəbərlərindən çıxarış edərək mətnin içərisini tam oxumayan insanlar həkimlərə tənqidi fikirlər səsləndirməkdədir.

Həmin elm adamlarının içərisində azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla da var.

Sonxeber.az bu barədə professorun fikirlərini öyrənib:

"Əslində bu cür münasibət göstərənlər nə baş verdiyini anlamır. Əgər sosial şəbəkədə müəyyən intellektual səviyyəyə malik olan insanalar məsələyə bu cür münasibət bildiribsə, bu o deməkdir ki, onlar pandemiyanı praktiki başa düşə bilməyiblər.

Biz təklif etmişik ki, "evdə qal" karantin rejimi ləğv olunsun, camaat küçəyə çıxa bilsin, işlər başlasın, hər kəs azad həyat sürsün, çimərliklər, mollar hər yer açılsın. Buna baxmayaraq qapalı mühitdə maska istifadə edilsin, sosial məsafə gözlənilsin. Yəni metroda, ictimai nəqliyyatda, mağazada hamı bir- birini yoluxdurmasın.

Bizim Operativ Qərargaha təqdim etdiyimiz təkliflər paketində hər şey göstərilib. Mənim xalqdan gizli heç bir işim yoxdur. Facebook hesabım açıqdır. Kimin sualı olsa orada normal sual verilsəydi, mən buna cavab verə bilərdim".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.