Açıq havada kafe və restoranların fəaliyyəti ilə bağlı AÇIQLAMA

12-08-2020, 18:37           
Açıq havada kafe və restoranların fəaliyyəti ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində isə kafe və restoranların açılacağı barədə məlumat verilib.

Bununla bağlı Qazet.az-a açıqlamasında millət vəkili Fazil Mustafa kafe və restoranların açılmasında heç bir narahatlıq olmadığını qeyd edib.

“Hazırda sahibkarlar ağır vəziyyətdədir. Buna görə də kafe və restoranlar açılmalıdır. Biznesi öldürmək olmaz. Sahibkarlar müştərilərdən məsuliyyətli olmalarını tələb etməlidir ki, sosial məsafəni qorusunlar. Mən Milli Məclisdə çıxışımda da qeyd etdim – açıq havada ərazisi böyük olan, sosial məsafəyə əməl edən kafe və restoranlar açılmalıdır. Çimərlik və avtobuslardakı sıxlıq müəyyən qədər problem yaradır. Yenə də qoruyucu vasitələrdən istifadə olunmalııdr. Bununla da vəziyyəti tənzimləmək olar. Sosial məsafəni gözləməklə kafe və restoranların açılmasnda heç bir narahatlıq yoxdur”, – deyə F. Mustafa bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.