“Azərbaycan Türk Ocağı” qeydiyyata alındı”

13-08-2020, 19:27           
“Azərbaycan Türk Ocağı” qeydiyyata alındı”
“Yeni bir dönəm başladı.Təsisçisi olduğumuz “Azərbaycan Türk Ocağı” Ədliyyə nazirliyində rəsmi dövlət qeydiyyatına alındı”.

"Sherg.az" xəbər verir ki, bu barədə təşkilatın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öz Feysbuk hesabında yazıb.
O qeyd edib ki, 1918-ci ildə Bakıda qurulan bu ilk milli təşkilatı Əhməd Cavad, Abdulla Şaiq, Abasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə yaratmışdı:

“Cümhuriyyətin ilk qeyri- hökümət təşkilatı olan bu qurum böyük maarifçilik işi apardı. Türkiyədən müəllimlərin dəvət olunması, milli dərsliklərin yazılması, Milli Ordumuza könüllülərin cəlb edilməsi, Türkiyə ədəbiyyatının təbliği “Azərbaycan Türk Ocağı”nın əsas qayəsi olub.

Biz bu tarixi yaşatmağa calışdıq. “Azərbaycan Türk Ocağı”nın əsasını qoyan böyük şəxsiyyətlərin varisləri - Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanım Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Saiqin nəvəsi Ülkər xanım Talıbzadə, millət vəkilləri - Qənirə Paşayeva, Cavanşir Feyziyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Türk İş adamları Birliyinin sədri Cemal Yangın, mərhum dostumuz İrfan Çiftçi, vicdanlı alim ömrünün simvoluna cevrilən Firdovsiyyə Əhmədova, Yusif Nəzərli və bəndəniz təşkilatın bərpa işinə həvəslə və qətiyyətlə başladı.

Qısa zaman ərzində Türkiyədə və Azərbaycanda iki beynəlxalq konfransın tərəfdaşı olduq. Gəncədə böyük türkoloq-alim Əhməd Cəfəroğlunun anımını, konfransını reallaşdırdıq.

İnşallah, görəcəyimiz işlər hələ qabaqdadır.Türkiyədə 90 -dan cox təşkilata sahib “Türkiyə Türk Ocaqları” ilə birlikdə “Azərbaycan Türk Ocağı”nın hələ qarşıda görəcəyi işlər coxdur.Tanrı yardımçımız olsun !”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.