"Ermənilərin xaricdən gətirdikləri yeni muzdluları da məhv edəcəyik" - AÇIQLAMA

15-10-2020, 12:36           
"Ermənilərin xaricdən gətirdikləri yeni muzdluları da məhv edəcəyik" - AÇIQLAMA
“Ermənilərin Azərbaycanla vuruşmaq üçün resursları çatmır”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, bu gün də çoxlu canlı qüvvə itiriblər:

“Hazırda bu boşluğu doldurmağa çalışırlar. Müxtəlif dövlətlərə və orada yaşayan ermənilərə müraciətləri var. Müharibədən öncə də işğal edilən ərazilərimizdə müxtəlif terror qruplaşmaları cəmlənirdi. Biz hər birini zərərsizləşdiririk. Onların insan potensialı da getdikcə azalır. Ona görə də çoxlu muzdlu cəlb etmək istəyirlər. Yəqin ki, pulu da dünyadakı erməni lobbisi verəcək. Bilirik ki, Ermənistanın muzdlu əsgərlərə maaş verməyə maddi imkanı yoxdur. Muzdlular yalnız pul qarşılığında vuruşurlar. Amma bunlar da onları xilas etməyəcək. Çünki Azərbaycan Ordusu qətiyyətli hücumlar həyata keçirir. Yeni muzdlular da gəlsə, onları vurub məhv edəcəyik”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.