Erməni spikerin Mehri və İrəvan qorxusu: “Əgər Dağlıq Qarabağı təslim etsək...”

16-10-2020, 10:01           
Erməni spikerin Mehri və İrəvan qorxusu: “Əgər Dağlıq Qarabağı təslim etsək...”
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan sosial şəbəkələrdəki şəxsi səhifəsində həyacanlı paylaşım edib. Erməni spiker hazırda baş verənlərin yüz illərdir davam etdiyini bildirib. Ermənistanın xəstə təfəkkürlü daha bir rəsmisi Qarabağın işğaldan azad olunması əməliyyatlarına diqqət çəkərək iddia edib ki, məqsəd Ermənistanı xəritədən silmək, erməni xalqını məhv etməkdir. “Əgər Dağlıq Qarabağı təslim etsək, Mehrini, sonra da İrəvanı təslim edəcəyik. Dayanmaq lazımdır, başqa cür mümkün deyil. Bir dəfə sonadək dayanmaq lazımdır”, deyə, A.Mirzoyan şivən qoparıb. Əslində erməni spiker bununla Dağlıq Qarabağ kimi, həm Mehri, həm də İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu dolayısı ilə etiraf edib. Qarabağ cəbhəsində sarsıdıcı zərbələr almış ermənilər bu gün aqoniya vəziyyətindədirlər və çıxış yolunu hay-küy salmaqda, tarixdə olmayan qondarma “soyqırımı” yada salıb müqaviməti təşkil etməyə cəhd göstərirlər.cia.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.