Koronavirus pandemiyasının arxasında dayanan qüvvələr kimdir? - İLGİNC

26-10-2020, 19:39           
 Koronavirus pandemiyasının arxasında dayanan qüvvələr kimdir? - İLGİNC
Kimyəvi silah mütəxəssisi İqor Nikulin koronavirus pandemiyasını Üçüncü Dünya müharibəsinin başlanğıcı adlandırıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alim verdiyi müsahibədə bu müharibənin əvvəllər təsəvvür edildiyi kimi nüvə silahından istifadə ilə və hər hansı dağıdıcı formada olmayacağını qeyd edib.

“Gennadi Qriqoriyeviç belə COVID-19-un təbii ola bilməyəcəyini və laboratoriyada yaradıldığını anladı. Hər şey 2019-cu ilin yayında, Merilend laboratoriyalarında naməlum infeksiyanın çoxalması səbəbindən bağlanması ilə başladı. Amerika səlahiyyətlilərinin alimlərin süni mənşəli virus inkişaf etdirməsi barədə məlumatı yox idi.

Pentaqonun xüsusi podratçıları istədikləri hər şeyi edirlər və heç kimə hesabat vermirlər. Hətta Tramp da onların nə etdiklərini bilmir. Səlahiyyətlilər bu canavarlara nəzarət edə bilmir” , - BMT-nin Bioloji Silahlar Komissiyasının keçmiş üzvü vurğulayıb.

Hərbi ekspert yekunda dünya ictimaiyyətini danışıqlar masasına oturmağa və insanlıq üçün potensial təhdidlərin qarşısını almağa səsləyib.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko COVID-19-un süni şəkildə yaradılması barədə fikirlərini bölüşmüşdü. Dövlət Dumasının millət vəkili Çin və ABŞ mütəxəssislərinin yeddi il əvvəl koronavirusu laboratoriyada çoxaltmağa müvəffəq olduqlarını açıqlamışdı.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.