"Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər...” - Rusiya nümayəndəsi

31-10-2020, 09:57           
"Qarabağ məsələsi BMT TŞ-da yenidən müzakirəyə çıxarıla bilər...” - Rusiya nümayəndəsi
Münaqişə bölgəsindəki vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası (TŞ) Qarabağdakı vəziyyətin müzakirə edilməsinə qayıda bilər.

Moderator.az-ın Rusiya mediasına istinadle verdiyi xəbərə görə, bunu cümə günü Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasına oktyabrda sədrlik etdikdən sonra keçirdiyi mətbuat konfransında söyləyib.

"Vəziyyət daha da pisləşərsə, Şuranın bu problemə qayıda və onunla məşğul olacağını istisna edə bilmərəm. Müzakirənin hansı formatda olacağına biz qərar verəcəyik" dedi. ... Bundan əvvəl BMT TŞ Qarabağdakı münaqişənin kəskinləşməsini Ermənistan və Azərbaycan nümayəndələrinin iştirakı olmadan iki dəfə qapalı formatda müzakirə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.