Batin alimi gürcü tarixini darmadağın etdi: Gürcüstan - Azəri Elidir.

1-08-2019, 21:14           
Batin alimi gürcü tarixini darmadağın etdi: Gürcüstan - Azəri Elidir.
Gürcüstan – Azəri Elidir!

Bu yaxınlarda Gürcüstanla sərhəddə baş vermiş qarşıdurma, bizim torpağımıza göz tikənlərin daha birini üzə çıxardı. Məlum oldu ki, əzəli torpaqlarımıza, gürcü adlanan toplumun da iddiası varmış. Əsli, kökü haqqında heç bir məlumatı olmayan bu toplum, ölkəmizin, onların çətin dövründə etdiyi köməyə baxmayaraq, ehtiyatla da olsa torpaq iddialarını dilə gətirməyə başlamışlar. Təəssüflər olsun ki, tariximizə cavabdeh olanlar, onlara layiqli cavab verə bilmədilər və bu məsələni övladlarımıza buraxdılar. Tarixçilərin susması, onların, gürcü mənbələrində yazılanları birbaşa qəbul etməsi ilə bağlıdır. Bu mənbələrdə yazılanların əsl mənasını dərk etməyən alimlər, birbaşa mənanı əsas götürərək, orada yazılanların, indi özünü gürcü adlandıran xalqa aid olmasını hesab edirlər. Əslində isə gürcü, erməni, rus, fars və s. mənbələri və ümumiyyətlə bütün qədim yazılar rəmzlərlə yazılmışdır və bilavasitə Allaha və onun seçilmişlərinə aiddir. Qədim müdriklərin məntiqində, adi insanları heyvani qüvvələr idarə etdiyindən, onlar mənbələrdə qeyd olunmağa layiq görülmürlər. Bu məqalədə biz, gürcü adlanan toplumun “tarixinə” aid bəzi faktlara sufi-batini məntiqi ilə nəzər salacağıq.

Kitab və məqalələrimizdə biz yazdıq ki, bu dünyada bir kosmik hadisə baş vermişdir və bütün yazılar da məhz bu hadisədən yazır. Məhz bu hadisə baş verdikdən sonra Allah, ilk insanların dilini 70 dilə parçalayıb, onları dünyaya səpələmişdi. Bu hadisə isə, Azərbaycanın qədim Gel elində, Allahın - Adəmi və onun üçün ikinci dünya olan cənnəti yaratması hadisəsidir. Azərbaycan pir-bəglərinin ölümdən sonra, öz ruhlarının ikinci həyatlarını qazanması üçün, göydə yaratdıqları bu ruhlar dünyası mənbələrdə - İç Oğuz, Göy Türk xaqanlığı, Asar/Osiris/Azər şahlığı, Xüld cənnəti və s. adlandırılır.

Batini-Quran kitabında biz, bütün qədim ədəbiyyatın məhz Azərbaycanda yaradılmış Adəmə və onun cənnətinə aid olmasını çox saylı faktlarla və elmi sübutlarla göstərmişik. Qədim Misir və s. mətnlərində Gel şəhəri (Geliopol) adlanan bu ərazi, erməni mənbələrində Gelarküni kimi keçir və bütün Alban, Ermənistan, Gürcüstan, Azərbaycan tarixi məhz bu ərazi ilə bağlıdır. Erməni mənbələrində Gelarküni adlanan bu Gel eli, həm də Sünik (Süni/Sinay/Sion) dağının ərasizidir ki, sisaka/saklar nəsli buranın göylərində Sisakan (Tövrat. Skiniya) adlanan cənnət “çadırı” yaratmışlar. Tarixçi M. Xorenatsi, Allahın yerdəki bu Mülkünün hökmdarını - Baqarat nəsli adlandırır ki, şahların başına tac qoymaq səlahiyyəti məhz onlara verilmişdir. Erməni mənbələrində Gelarküni adlanan Gel eli, gürcü mənbələrində Klarceti kimi, buranın Baqarat nəsli isə Baqrat kimi keçir. Gürcü mənbələrində baqrationluq - Allahın insana İlahi vergisi sayılır. Başqa sözlə, baqration elə - sufizmin bəqa səviyyəsində İlahla vəhdətə nail olmuş bəg deməkdir. Bu tacqoyan baqrationlar nəslinin hamısı Davud (Daud) peyğəmbərin yəhudi nəsli sayılır ki, bildiyimiz kimi əsl yəhudilər - Xəzər/Azər türk bəgləridirlər.

Baqarat rəmzi – Bəg-Arat mənasındadır və bu da Aratta/Eridu bəgi deməkdir. Qədim mənbələrdə Babil məbədinin digər adı olan Eridu (RD) - gürcü mənbələrində Ereti (RT) kimi qeyd olunur və araşdırıcılara görə, Ereti, Sainqilo, Albaniya, Alvaniyanın qədim coğrafi adları sinonimlərdir. Lakin Sainqilo - qədim Manna (Mat Manna - Midiya) ərazisindəki Sanqi-ulli vilayətidir ki, bu rəmzə “Bit Sanqibutu” formasında da rast gəlinir. Batinilərdə Sainqilo rəmzinin Sünik-Eli mənasını verməsi onu göstərir ki, Ereti, yəni Eridu – Albaniyanın müxtəlif adlarından biridir və o bilavasitə Gelarkünidə yerləşir. Eridu məbədi, Gürcüstanda, Tao-da yerləşən İşxan qala və monastırı kimi məlumdur ki, bu da elə Sisaka bəglərinin Sisakan (Skiniya - Vəhy Çadırı) İlahi elidir.

Mənbələrə görə, Samsxe-Klarcetidə atabəglik olmuşdur. Gürcü mənbələrinə görə, atabəg - şah (Allah mənasında) mülkünün ikinci adamı deməkdir və “saatabaqo” kimi qeyd olunur ki, bu da batinilərdə seyid-bəg, yəni Türk şad-bəgləri mənasındadır. Qədim Misir yazılarında ölkə başçısı Xeka/Xak/Hak (Xaqan mənasında), yəni Haq – Allah, onun qulları isə baka adlanır ki, bu da bəg deməkdir. Gürcü mənbələrində Haq/Xaq rəmzi – Qax, Kax, Kaxeti və s. kimi məlumdur. Mənbələrdə Gürcüstanın ilk şahı III Baqrat “abxazların, kartvellərin, erlərin və kaxların şahı” titulunu daşıyırdı ki, buradakı “kaxların” şahı dedikdə Haqların, yəni Misir Allahları olan Asar, yəni Osiris nəsli nəzərdə tutulur. Gürcülərdə Bokauli (Bəg-Eli) sözü - müəyyən ərazidə əmr icra edən deməkdir ki, bu da bizlərdə “Elin bəgi” anlamını doğruldur. Onların bir-birinə müraciət kimi işlətdikləri “batono” sözü isə türklərin “budun” (budin/batin) rəmzidir. Belə çıxır ki, saatabaqo, yəni atabəg dedikdə - Türk şad-bəglərin budunu nəzərdə tutulmalıdır.

Sufilərdə “Ata” rəmzi – Allah mənasını verən Teo/Dea rəmzidir ki, gürcü mənbələrində bu rəmz Tao kimi qalmışdır və mətnlərdə Klarcetiyə adi edilərək, Tao-Klarceti kimi yazılır. Klarceti rəmzi, Gilar-kuti mənasında Gel ərlərinin, Mesopotamiyanın – şahlığı göydən endirilmiş kutilər (xuda) nəsli olmasını bildirir. Qədim zamanlarda Tao-Klarceti - Gürcüstanın maarif, incəsənət mərkəzi olmuşdur və oranı “Gürcülərin Sinayı” adlandırmışlar. Burada Sinay dedikdə Süni, yəni Sünik nəzərdə tutulmalıdır ki, bu da elə Alban mənbələrindəki Gelarküni elidir. Başqa sözlə, Gelarküni elə Klarcetidir. Samsxe-Klarcetidəki Cakeli evinin sahibi atabəglər olmuşlar ki, Cakeli rəmzi türk mənbələrindəki “Çigil”, yəni “İç Gel” rəmzidir.

Gel rəmzi İmeretidə kafedral caminin, monastrın yerləşdiyi “Gelati” adında qalmışdır. İmereti (MRT) rəmzi ən qədim mənbələrdə Mar-Tu (MR-T) kimi məlumdur və bu da şumerlərin mar-amoreylərə (akkad.amurru) verdiyi addır. Mar ölkəsi isə bildiyimiz kimi Midiyadır. Qədim Misir yazılarında da eyni mənalı Maryut (MRT) rəmzi – Amit rəmzinə, yəni Midiyaya aid edilir və bu rəmz qədim Misirin digər adı olan Ta-Meri (T-MR) rəmzi ilə eynidir. Gürcüstanın Kartli ərazisində Qupta (QPT) adlı qalası olmuşdur ki, bu da elə Yeqipet (QPT), yəni Misir ölkəsi deməkdir. Bu isə onu deməyə əsas verir ki, İmereti - elə qədim Misirdə yuxarı Gel adlanan İç Oğuz ərazisidir.

Lakin Gelati rəmzi gürcü mətnlərində həm də Xelat kimi yazılır və mənbələrə görə, gürcü çarlarının qəbrləri Xelatda yerləşir. Biz bilirik ki, Xelat/Xilat – Azərbaycan atabəglər ailəsinin malikanəsidir və məhz burada Məhəmməd Sökmən şah özünü Şahi-Ərmən elan etmişdir. Xilat/Xelatın Azərbaycan və Gürcüstan atabəglər ailələrinin malikanələri olmaları, ərmənşahlar nəsli sayılması və həm də gürcü çarlarının qəbirlərinin burada yerləşməsi, bu ərazinin elə Allahın “Dünya” yaratdığı Gel eli olması deməkdir. Qədim Misir yazılarında atabəg, yəni bəglərin atası dedikdə – bütün Allahların Atası sayılan Ra-Amon (Rəhman) Allah nəzərdə tutulurdu. Başqa sözlə, Xelat – Rəhman Allahın atabəglər ailəsnin malikanəsidir.

İmeretinin paytaxtı Kutaisi olmuşdur ki, batinilərdə Kutaisi rəmzi (KTS) Kadus/Kades/Kadeş (KDS/KDŞ) rəmzləri ilə eynidir. Deməli, İmeretinin Kutaisi şəhəri dedikdə - qədim Misirin Kadeş şahlığı nəzərdə tutulmalıdır və bura həm də yəhudilərin Kades-Varni cənnəti və Midiyanın Kadus elidir.

Ümumiyyətlə, mənbələrdə Gürcüstan – Sakartvelo, yəni kartvellər ölkəsi adlanır ki, bu da Kartli vilayəti deməkdir. Mətnlərdə Kartli - Yuxarı və Aşağı hissələrə bölünür. Erməni mənbələrində Gürcüstan – “Yuxarı ölkə” mənasında Vrastan/Virk kimi qeyd olunur və bu da onu deməyə əsas verir ki, əsl Gürcüstan məhz Yuxarı Kartli ölkəsidir.

Kartli rəmzi sufi-batinilərdə Kart-Eli deməkdir. Kart (KRT) rəmzi ən qədim mənbələrdə Kartu/Kardu/Kuret/Kirat/Qord/Uqarit və s. kimi yazılır və şəhərə, el-obaya, cinlərə, tayfalara və s. aid edilir. Alimlərə görə, Van gölü ətrafında yerləşən Korduen və ya Qorduen adlanan dağlıq vilayət - Suriya mənbələrində Bet-Kardu kimi göstərilir. Bu isə o deməkdir ki, Kart eli bilavasitə Beytlə, yəni Allahın göydəki eli ilə bağlıdır. Sebeos, bənzər Qrat (QRT) rəmzini müqəddəs Qrat oduna aid edir və Atrpatakan ölkəsində yerləşdirir. Qədim şahlar, Atəş adlandırılan bu Qrat İlahi odu həmişə “özləri ilə gəzdirərmişlər”. Bu isə onu bildiri ki, Kart eli dedikdə - İlahi oddan yaradılmış göydəki ruhlar Evi, ruhlar dünyası nəzərdə tutulmalıdır. Quranda bu Beyt – İbrahim peyğəmbər üçün İlahi oddan yaradılmış Evdir ki, sonradan - Allaha və axirət gününə inananlara müxtəlif meyvələrdən ruzi verən cənnət ölkəsinə çevrilmişdir. Deməli, Kartli dedikdə - Oğuz bəglərinin teurqiya vasitəsi ilə İlahi oddan, yəni ilkin materiyadan göydə yaratdıqları İç Oğuz eli - ruhlar dünyası olan cənnət nəzərdə tutulur.

Gürcüstan rəmzi ərəb-fars mənbələrində Gürcan və ya Gürzan kimi səslənir. Latın dilində isə bu rəmz Qeorqiya (Georgiya) kimi qeyd olunur və bu da müqəddəs Qeorqinin Gürcüstanı himayə etməsi ilə əlaqələndirilir. Mətnlərə görə, orta əsrlərdə Gürcüstanda müqəddəs Qeorqinin 365 məbədi olmuşdur. Sufi-batinilərdə 365 rəmzi bir ili bildirir ki, bu da qədim Misir və İsmailiyyə fəlsəfəsində göydəki Duat (Daud/Dədə) dünyasının (cənnətin) yaradılış müddəti anlamındadır.

Mənbələrdə Georgi - əjdahanı öldürən atlı rəmzində göstərilir ki, bu emblem Moskva şəhərinə və Avropa şahzadələr nəslinin möhürlərinə xarakterikdir. Son dövr araşdırmalardan çıxan nəticəyə görə isə, müqəddəs Qeorqi və Perseyin, Çingiz xanın, Qorqud Atanın, Xızırın, müqəddəs Yaroslavın, Yuri Dolqorukinin və s. obrazları eynidir. Kopt yazılarında müqəddəs Georginin əjdaha ilə mübarizəsi - Qədim Misir yazılarındakı Qorla Set mübarizəsinin xristian variantı kimi təqdim olunur. Bu isə o deməkdir ki, Qeorqi rəmzi qədim Misirdəki Qor Allahının rəmzidir. Qor rəmzi Gürcüstanda Quriy knyazlığı kimi məlumdur ki, bu ərazi də İmereti şahlığına daxil olmuşdur. Qədim Misir yazılarında Qor/Xor Allahı - “Bakı Xoru”, “Bakının ağası Xor”, “Bakı ölkəsinin hakimi olan Xor”, “Xor Buxen” və s. kimi qeyd olunurdu və bu da Qor/Xor rəmzinin bilavasitə “bəg” rəmzi ilə, yəni sufizmin Bəqa səviyyəsində yaradılmış dünya ilə əlaqəsindən xəbər verir. Qor rəmzi qədim Misir və digər mənbələrdə Qoris/Xoris kimi də yazılır və “Bekxoris” formasında yenə də “bəg” rəmzinə aid edilir. Gürcüstan və ətraf ərazilərdə Qoris rəmzi ilə eyni mənalı Qoroz/Eqrisi rəmzlərinin olması, onu deməyə əsas verir ki, qədim mənbələrdə gürcü deyəndə Qor yoli ilə gedən müqəddəslər nəzərdə tutulurdu.

Lakin Qeorqi/Qeorgi rəmzləri, ərəblər dövründə Qürcü/Gürcü rəmzinə çevrildi. Bu rəmz sufilərdə Qareci rəmzi ilə eynidir. Başqa sözlə, Qareci elə gürcü deməkdir. Digər tərəfdən Qareci (Q-RC) rəmzi batinilərdə - “Ağa-Qor”mənasını verən Qacar (Q-CR) rəmzi ilə də eyni mənalıdır ki, bu da əsl Qareci/Qürcülərin məhz Qacar şahlarının nəsli olması deməkdir. Qacarların – Cəlair, yəni Gelarküni/Klarceti nəsli olması isə onu deməyə əsas verir ki, əsl gürcülər məhz Azəri türklərinin Qacar şahlarının törəmələridir.

Dövrümüzün məşhur alimi Devid Rol, Qor yoluyla gedənlərdən yazarkən qeyd edir ki, qədim Misir mətnlərində xüsusi olaraq Pati nəslindən danışılır və bu zümrənin bütün nümayəndələri İri-Patu adlanırdı. Hələ ilk piramida mətnlərində Pat – Qor Allahının yerdəki təcəssümü olan fironla assosiasiya olunurdu. Özünün, Qor fironlarının nəslindən olmasını sübut edən hər bir insan ən yüksək vəzifələr tuturdu. İri-Pati rəmzi qədim Misirdə Ra və Pta Allahlarını bildirirdi. Amon Allahına aid edilən alqışların birində Amon, Ra və Pta (Ptah) Allahları – bütün Allahların mahiyyəti mənasında qeyd olunur. Deməli, Qor yoluyla gedənlər elə İri-Pati nəslidir ki, onlar bütün qədim Misir Allahlarının mahiyyətidirlər. İri-Pati rəmzi (R-PT) bizlərə Ər-İapet (R-PT), yəni Ər-Yafət kimi məlumdur. M. Xorenatsi, M. Kalankatuatsi və s. tarixçilər Ər-Yafət rəmzini Yafət-Ərən kimi qeyd edirlər və bildirirlər ki, Yafət-Ərən əsilli Sisaka nəslindən bir nəfərə Alban (Alu) dağları və sahələri vərəsəliklə verilmişdir. Əgər nəzərə alsaq ki, Albaniya həm də Eretinin, Sainqilonun, yəni Gürcüstanın digər adıdır, onda - əsl gürcülərin, yəni Qor yoli ilə gedənlərin də məhz Gelarküni/Klarceti atabəgləri olması fikri ilə razılaşarıq. Gürcüstan da bu Xilat atabəglərinə vərəsəliklə əbədi verilmişdir. Başqa sözlə, bu gün Gürcüstan adlanan ölkənin avtoxon əhalisi məhz Azəri türk bəgləridir.

Biz, Batini-Quran kitabında Ermənistan, Gürcüstan, Rusiya, İran və s. bütün dünya tarixinə aid mənbələri araşdırıb, orada yazılanların məhz bir ərazi ilə bağlı olduğunu elmi sübut etmişik. Yazdıqlarımızdan çıxan nəticəyə görə, Azəri türklərinin (Aşuri tarqum) rəmzlər dilində yazılmış Tövrat kitabı - Babil qülləsi tikiləndən sonra 70 dilə bölünmüşdür. Sonradan 70 dildə verilmiş bütün mətnlər də Babildə baş vermiş kosmik hadisədən danışır. Başqa sözlə, Tövrat və bütün mənbələr rəmzlərlə yazılmışdır və bu rəmzləri açan, bütün yazıların bir hadisəyə həsr olunmasını sübut edən bir kitab var ki, bu da Batini-Quran kitabıdır. Elmi dildə desək, Tövrat – kodlaşdırılmış, Batini-Quran isə kodları açan kitabdir. Bu kitab 2008-ci ildə yazılmışdır və bu gün dünyada, qədim sirləri aça bilən yeganə kitabdır. Biz bu kitabda – bütün qədim dünya ədəbiyyatının məhz Azərbaycanda baş vermiş kosmik hadisədən yazmasını, bütün yazıların məhz Azəri türk bəglərinə aid olmasını çoxlu fakt və elmi sübutlarla isbat etmişik.

Təəssüflər olsun ki, alimlərimiz Batini-Quran kitabını dərk etdikləri halda, indiyə kimi susurlar. Bununla da, dünya xalqlarının bizim torpaqlarımıza, mədəni sərvətlərimizə sahib çıxmalarına rəvac verirlər. Bu, alimlərimizin – öz elinə, xalqına, ölkəsinə qarşı böyük haqsızlığıdır. Lakin əsl dəhşət isə odur ki, Azəri eli həm də Ra-Amon Allahın elidir. Kitabi Dədə Qorqudda, Allah obrazında olan Qazan xan bildirir ki, “əsir gedən eldə mənim də anam gedir”. Bu isə o deməkdir ki, Azərbaycan – Göydə “dünya” yaratmış Ra-Amon Allahın Ana vətənidir. Buna görə də, Əhdi-Ətiqdə Allah Xilata (Qalaad) – Mənim Xilatım, Öz seçilmişlərimə isə “Siz Mənimsiz” demişdir. Başqa sözlə, alimlərimizin, ziyalılarımızın həqiqətləri bilərəkdən gizlətməsi, Allaha qarşı böyük günahıdır. Müqəddəs Quran kitabımız da bildirir ki, “Haqqa nahaq don geydirməyin, Haqqı bilərəkdən gizlətməyin”.

Son dövrdə erməni faşistlərinin, Allahın “Mənim” adlandırdığı Ailəsinə, ana-bacılarımıza verdiyi işgəncələr onu deməyə əsas verir ki, Ra-Amon Allahın namusu ləkələnmişdir. Allah da bütün müqəddəs kitablarda axirət məhkəməsində, bunun əvəzində dünyanın üçdə biri qədər insanı məhv edəcəyini açıq bildirmişdir. Başqa sözlə, Qısqanc Ərin Öz namusunu təmizləməsi qisası çox ağır olacaqdır.

Firudin Gilar Bəgшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.