Şumer əfsanələri. Dumuzi və Enkimdu

14-06-2020, 08:24           
Şumer əfsanələri. Dumuzi və Enkimdu
(Dumuziyləİnannanın evlənməsinin ikinci versiyası)

Göyüzünün hökmdarı, ay tanrısı Nannanın qızı gözəlİnanna göyüzündəki qəsrdə yaşayırdı. O yerüzünə enəndə, hər toxunuşundan torpaqyaşıllaşır, müxtəlif çiçəklər bitirdi. Gözəllikdə ona tay yox idi. Çoban Dumuzivə əkinçi Enkimdu eyni vaxtda ona vuruldu. Hər ikisi onunla evlənmək istədiyinibildirdi, amma İnanna cavabı yubandırdı. İnannanın qardaşı günəş tanrısı Utu,ona Dumuzini seçməsini məsləhət gördü.

Bacı,qoy çoban sənin ərin olsun!

Bakirəİnanna, nə üçün onu istəmirsən?

Onunqaymağı, südü dadlıdır,

Çobanınəli dəyən hər şey yaxşıdır.

İnanna,qoy Dumuzi sənin ərin olsun!

Ey bərqvuran daş-qaşla bəzənmiş gözəl, nə üçün istəmirsən?

Onunsüdü dadlıdır, bir yerdə içəcəksiniz.

Ey gözəllərgözəli, nə üçün razı deyilsən?

Amma deyəsən İnanna əkinçi Enkimduya vurulub.



Qoyçoban mənə ər olmasın!

Təzəyundan toxuduğu ədyalla üstümü örtməsin!

Onunlabir yatağa uzanmaq – bundan danışmağa dəyməz!

Mənbakirəyəm, əkinçi evlənsin mənimlə!

Bol otgöyərdən əkinçi!

Boltaxıl əkən əkinçi!



Utu çobanı tərifləyir, çobanlığın əkinçilikdən üstünolduğunu iddia edir. Amma inadkar tanrıça fikrindən dönmür. Deyir ki, torpağıyamyaşıl ot örtüyünə bürüyən və müxtəlif bitkilər yetişdirən Enkimdu onun dahaçox xoşuna gəlir.

Bu vaxt Dumuzi özü İnannanın yanına gəlir vəqızğınlıqla danışır, çobanlığı tərifləyir, hər cəhətdən rəqibindən üstünolduğunu deyir. Onun sözləri tanrıçaya təsir edir və lazım olan nəticəni alır,tanrıça İnanna Dumuzinin təklifinə razılıq vermək üçün anası Ninqalın evinə dəvətedir.

Xoşbəxt Dumuzi çay sahilində gəzəndə gözlənilmədənEnkimdu ilə rastlaşır. Dumuzi həyəcanlanır və özünü itirir. Elə vəziyyətdədirki, rəqibini döyməyə də hazırdır. Amma mehriban əkinçi deyir ki, əgər İnannaçobanı seçibsə, bu onun haqqıdır və sizə qarışmaq fikrim yoxdur. EnkimduDumuziyə dostluğunu təklif edir, Dumuzi sevincək razılaşır.

Səhəri gün Ninqal qızıyla çoban Dumuzinin evlənməyinərazılıq verir.yarpaq.az

Tərcümə:Həmid P.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.