Sürücülərə saxta fərqlənmə nişanı verilir- GƏNCƏDƏ SƏRNİŞİN DAŞIMADA NƏLƏR YAŞANIR?

26-04-2019, 07:32           
Sürücülərə saxta fərqlənmə nişanı verilir- GƏNCƏDƏ SƏRNİŞİN DAŞIMADA NƏLƏR YAŞANIR?
Ölkədə aparılan kadr və struktur islahatları Azərbaycanın idarəçilik və xidmət qurumlarında yeni mərhələ yaradıb.

Ancaq təəssüflər olsun ki, yeni yaradılan bəzi strukturlar gözlənilən ümidləri də doğrultmur.

Prezidentin sərəncamı ilə yeni yaradılan Gəncə İcra hakimiyyəti Yanında Avtomobil Nəqliyyatı və Sərnişindaşıma İdarəsi kimi fəaliyyət göstərən bu qurum Gəncə sakinlərinə xidmətdən daha çox əziyyət yaşadır desək yanılmarıq.

Şəhər sakinlərinin media üçün göndərdiklərimüraciətdə bu qurumun fəaliyyətindən ciddi narazılıq ifadə edilib. Belə ki, Gəncə şəhərinin həm daxilində həm də şəhərin giriş və çıxışlarında sözügedən idarənin bütün əməkdaşları səfərbər olaraq, qeyri-qanuni blok postlar yaradıblar.

Hərbi geyim formalarından istifadə edən nəqliyyatçıları bu formada görən olsa da seyrçi yanaşılır. Halbu ki, bu hal qanunla qadağandır. Bu azmış kimi hətta çiyinlərinə rütbə belə yapışdırırlar.

Bundan başqa Gəncə nəqliyyatçıları hər ay fərqlənmə nişanı adıyla taksi sürücülərindən 25 manatdan pul yığırlar.Həmin fərqlənmə nişanı da dövlət nümunəsi olmayan saxta kağız parçasından ibarətdir. özü gedən bu idarəyə aylıq “haqq” verməyən ətraf rayonların kəndlərindən Gəncəyə gələn sərnişin avtobuslarının da hərəkəti məhdudlaşdırılır.

Gəncədə 1000-dən çox taksi fəaliyyəti ilə məşğul olan sürücü kontigenti olmasına baxmayaraq, hər ay fərqlənmə adı ilə 25 min manat pul yığımı həyata keçirirlir. Halbu ki, Gəncə şəhəri üzrə taksi fəaliyyətinə görə fərqlənmə nişanın qiyməti 1.5 əmsal dərəcəsinə görə dövlət qiyməti 13.50 azn-dir. Həmçinin, taksi sürücüləri “Kapital Bank” vasitəsi ilə sadələşdirilmiş verginin 114321 hesabına tələb olunan məbləği köçürməlidirlər.Bundan sonra sürücü ödəmiş olduğu qəbzi sözügedən idarəyə təqdim edərək, fərqlənmə nişanını almalıdır.

Göründüyü kimi ortalıqda yığılıan pul sırf korrupsiya əməlidir və cinayət məsuliyyəti yaradır.

Gununsesi.orgшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.