DGK-nin sədri Səfər Mehdiyevin nəzərinə, vətəndaş fəryad edir:''Əşyalarımızı gömrükdə saxlayıb, rüşvət istəyirlər''

19-05-2019, 09:17           
DGK-nin sədri Səfər Mehdiyevin nəzərinə, vətəndaş fəryad edir:''Əşyalarımızı gömrükdə saxlayıb, rüşvət istəyirlər''
Hüquqşünas: ''Şəxsi istifadə üçün nəzərdə tutulan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azaddır''
"6 il idi Türkiyədə yaşayırdım. Oğlumla vətənə dönmək qərarına gəldik. Amma bizi vətənimizdə heç də yaxşı qarşılamadılar. "Sınıq Körpü” Sərhəd-Keçid Məntəqəsində bütün əşyalarımızı əlimizdən aldılar. Dedilər ki, filan qədər verməsəniz, buraxa bilmərik". Meydan TV-yə vətəndaş Xanım Şabanova belə deyib.
Onun sözlərinə görə, gətirdikləri əşyaların kilosu çox olsa heç biri yeni deyil: "Əsasən, geyim, mələfə-çexol, dəsmal, bir az qab-qacaq və s. Hərəmizə də 150 kilo düşürdü. Biz bura gələnədək gürcü sərhəddini də keçmişik. Onlar bizə heç nə demədilər. Mən qanunu çox yaxşı bilirəm. Bilirəm ki, satış məqsədi ilə gətirilməyən, şəxsi əşyaların sərhəddən keçirilməsi üçün pul ödəməməliyik. Onların bizdən istədikləri qanunsuzdur və rüşvətdən başqa bir şey deyil".

Ailə pul ödəmədiyi üçün əşyalarını "Sınıq Körpü”də saxlayıblar: "Dedilər ki, nə zaman pulu gətirərsiniz, onda əşyalarınızı apara bilərsiniz. İnanın, aylardır qalmışam bacı-qardaş, qohum qapısında. Özümüzə ev tutmaq istəyirik, oğlum hərbi akademiyaya imtahan verməlidir. Heç nəyi alındıra bilmirik. Elə bil havada qalmışıq. Köçüb vətənimizə gəlmişik, heç cürə yerləşə bilmirik. Özümüzü yad kimi hiss etdirirlər. Əşyalarımız olsa, kirayə ev tutar, içinə yığışarıq. Ancaq əşyalarımızı vermək istəmirlər. Hələ utanmadan bizdən rüşvət tələb edirlər".
X.Şabanova deyir ki, bu müddət ərzində bir dəfə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edib. Ordan da çağırıb deyiblər ki, o əşyaları oradan götürmək üçün minimum 1000 manatdan keçməlisiniz: "Əgər haqlı istək olsa, əlbəttə o pulu ödəyərəm. Amma haqsız pul tələbidir axı. Ona görə də mən heç bir qəpik də ödəmək istəmirəm. Həm də rüşvət verməyin əleyhinəyəm. Bu işdə qanunlar mənim tərəfimdədir".
Hüquqşünas Səməd Rəhimli deyir ki, Gömrük Məcəlləsinin 305.1-ci maddəsinə görə, rezident fiziki şəxslər xarici dövlətlərin ərazisində müvəqqəti qalma müddətində şəxsi istifadə üçün nəzərdə tutulan malları gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən aparmaq və həmin əraziyə geri qaytarmaq hüququna malikdirlər: "Buna müvafiq olaraq, mənim anladığım qədər rüsum ödəməməlidir həmin ailə. Yəqin yük böyük olduğu üçün gömrük hesab edir ki, onlar bu əşyaları alver məqsədilə gətiriblər. Halbuki ailə əşyaların hamısının işlənmiş olduğunu söyləyir. Gömrük bunları nəzərə almalıdır". Meydan TV gün ərzində Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilməyib. Komitənin "qaynar xətt”indən isə bildiriblər ki, onların belə mövzulara rəy vermək səlahiyyətləri yoxdur: "Bizə mətbuata hər hansı açıqlama vermək olmaz".
Teref.az olaraq əlaqə saxladığımız Xanım Şabanovanın dediklərindən:
"İllərlə Vətəndən qıraqda qalsamda, zamanı çatanda 1 oğluma "Vətənə borcunu Vətəndə verməliusən!"-dedim.Baxmayaraq ki, əlimdə onu əskrlikdən saxlamaq imkanı var idi.Ən azından Türkiyədə qulluq edə bilərdi.Lakin biz buna razı olmadıq.Oğlum kişi kimi gəlib ən ağır yerlərdə səngərdə Vətənə borcunu ödədi. Amma indi biz yenə Vətənə qayıdmışıq, öz halal pal paltarımız və ev əşyalarımızla.Vətəndə isə gömrük bizdən qanunsuz olaraq pul istəyir.Niyə, nəytə görə mən sizə pul ödəməliyəm.Mən qanunları bilirəm, qanun mənim tərəfimdə olduğu halda, məndən niyə gah 500 man, gahda 1000 istəyirsiniz.Şikyət edəndə də robot cavab verir və heç bir nəticə olmur. Səsimizə, çikayərtimizə cavab verən yoxdur.Burda vətəındaşı ə\zirlər, ya para verməlisən, yada əzilməlisən. Özbaşınalıqdır."
"[b][/b] Xanım Şabanovanın bizə yazdıqlarını oxuculara çatdırırq:
[b]"Artık ülkede insanlık ,vidan ve merhamet robortlara yüklenmiş. Sen mezunu anlatırsan o her saat başı ,,size nece kömek ede bilersiz,,, diye yanıt veriyor anlaşılan insanlarımızın beyni kalbi roborttan daha düşük seviyede. Men de ses gönderdim ki.. Robort gardaş gömrükde milleti emirler bunu sahibine ilet. Dedim bunların en iyisine nalet her kes sofrandayken insandı kalktı tuvalete giti insanlık artık grozette
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.