Əsabil Qasımov evini tərk etməyən yaşlı kişinin mənzilini bu hala saldırdı - VİDEO+FOTO

11-09-2019, 16:31           
Əsabil Qasımov evini tərk etməyən yaşlı kişinin mənzilini bu hala saldırdı - VİDEO+FOTO
Milli Məclisin deputatı, tanınmış iş adamı Əsabil Qasımov Nəsimi rayonu Mikayıl Rəfili küçəsi 17 ünvanda yerləşən binanın sakinlərinin evini sökdürür.


Unikal.org-a müraciət edən və həmin ünvanda yaşayan sakinlər bildirir ki, evdə olmadıqları vaxtda deputata aid olan "Karat” MTK şirkətinin işçiləri onların mülkünü dağıdırlar. 60 yaşlı Quliyev Aydın İmran oğlu evdən çıxan kimi, evinin söküldüyünü görüb:

“Baxın, görün məni nə günə salıblar? Bu yaşımda başıma belə bir “oyun” açacaqlarını gözləmirdim. Evimi sökməklə məni öldürdülər”.

Qeyd edək ki, tikinti şirkətlərinin Bakıda sakinləri zorla köçürtmələri artıq adi hal alıb. Bu barədə onlar Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etsələr də hər hansı bir tədbir görülmür. Pilot layihə adı ilə sakinlərin məcburi mənzilləri əllərindən alınır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.