Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA

14-11-2019, 10:52           
Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA
Məlumdur ki, Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 8-i Bakının mərkəzində aksiya keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyətinin binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binası arasında təşkil olunub. Aksiyada AXCP funksioneri Fuad Qəhrəmanlının başçılığı ilə şəhərin mərkəzi küçələrinə yürüş keçiriblər.

8 oktyabr piketində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, İbrahim İbrahimli, Eldəniz Quliyev, Rövşən Əhmədli, AXCP sədrinin müavini Vahid Məhərrəmli, AXCP funksionerləri Məmməd İbrahim və İlham Hüseyn çıxış ediblər.

Demək olar ki, həmin tarixdəki aksiya ölkədə “19 oktyabr” və ondan sonrakı aksiyalara yol açdı.

Bu yazıda toxunduğum məsələ heç də həmin piketin və ya aksiyaların keçirilməsini tənqid ya da təqdir etmək deyil. Məsələ başqadır. Bəzən elə söhbətlərin şahidi oluruq ki, aksiyalarda iştirak edənlər (radikall müxalifətçilər) xarci qüvvələr tərəfindən maliyyələşdirilir. Əslində isə bu tip aksiya iştirakçılarını maliyyələşdirən yerli məmurlarda az deyil.

Bu günlərdə Beyləqan rayonunda “RealMedia.az” –ın redaksiyasına ilginc məlumat daxil olub. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Beyləqan rayon Allahyarlı kənd Bələdiyyəsinin sədri Ərşad Hüseynov demə ki, radikal müxalifətçilərdən ibarət bir qrup şəxslərin maliyyə mənbəyi imiş. Hətta buna dair də bir neçə faktlarda redaksiyamıza göndərilib.

Mənbənin redaksiyamıza verdiyi məlumatlarda vurğulanır ki, Ərşad Hüseynov Allahyarlı kəndində bir qurup radikal muxalifətçi qüvvələr var ki, onlara hər cür imkan, şərait yaradıb. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən onlara pay-püşk edib. Özü də heç bir sənəd sübut tələb etmədən.

Həmin şəxlərdən bir neçəsi isə “08 oktyabr” aksiyasında AXCP funksioneri Fuad Qəhramanlının yanında olub və aksiyaya dəstək verib. Bildirilir ki, Ərşad Hüseynov həmin müxalifətçiləri həm maliyyələşdirir, həm də onlara bələdiyyə mülkiyyətində olan torpaq sahələri bəxşiş edib.

RealMedia.az -a daxil olan məlumatlarda o da qeyd olunur ki, Ərşad Hüseynov bu ildə Allahyarlı kənd Bələdiyyəsinə sədri seçilmək üçün İcra hakimiyyəti ilə anlaşıb. Ümüdi var ki, o, bu dəfə də bələdiyyə sədri seçiləcək. Belə çıxır ki, Ərşad Hüseynov bir 5 ili də radikal müxalifəti güç mənbəyinə ceviriləcək.

İrəlləyən günlərdə Ərşad Hüseynovun qanunsuz hərəkətlərini əks etdirən növbəti yazıları təqdim edəcəyik.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.