İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir FOTO

18-11-2019, 07:55           
İraq Milli Bankının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC  həyata keçirir  FOTO
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, İraq Milli Bankının yeni binasının tikintisini "Azərsun holdinq"in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC
həyata keçirir. DAAX Construction MMC 2006-cı ildə DİA Holdinqin ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə ailəyə məxsus ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir. Şirkətə "Azərsun" rəhbərinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.
Şirkət Azərbaycanda böyük vəsaitlər hesabına başa gələn fantastik layihələrin - 250 milyon dollara başa gələn Heydər Əliyev Mərkəzinin, 350 milyon dollarlıq Alov Qüllələrinin, 2 milyard dollar vəsait yönəldilən Şahdağ Turizm Kompleksi, Qəbələ rezidensiyası və Baku Premium Villas-ın tikintisini həyata keçirib.

Yeri gəlmişkən, İraq Milli Bankının "Yeni Babil qülləsi" adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. Bina 2021-ci ilin sonuna kimi hazır olacaq.
Teref.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru