Sanitariya və Texniki Təmizlik İdarəsi qışda Bakının yollarına duz səpir,yoxsa müdiri cibinə pul?

10-12-2019, 00:23           
Sanitariya və Texniki Təmizlik İdarəsi qışda Bakının yollarına duz səpir,yoxsa müdiri cibinə pul?
Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyətində nöqsanlara yol verilməısi barədə Aktuaslinfo.org bir müddət öncə məlumatlar yaymışdı. Artıq qış qapının ağzındadır Mübariz Hüseynovun rəhbəri olduğu idarə qışa necə hazırlaşıb? Qeyd edək ki,120 nəfərin çalışdığı Sanitariya və Texniki Təmizlik İdarəsində müasir tipli qartəmizləyici,kürüyücü avtoqreyder, ekskavator, kürüyücü-yükləyici avtotraktor, vakkum tipli avtomaşınlar mövcuddur. Məlumdur bu kimi texnika ancaq qış aylarında, yəni paytaxda çoxlu qar yağdığı hallarda hərəkətə gətirilir. Qarlı havalarda bu texnikalar vasitəsi ilə yollarda yarana biləcək istənilən çətinliklərin aradan qaldırılması mümkündür. Amma idarənin digər texnikaları MAN, Kamaz və MAZ markalı yükdaşıyan ağırtonnajlı avtomaşınları gün ərzində fəaliyyətdə olur, yük daşımaları üçün icarəyə verilir. Bu kimi avtomobillərin sutkalıq icarə haqqı isə minlərlə manat dəyərində ölçülür.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Mübariz Hüseynovun rəhbərlik etdiyi idarədə bunlardan başqa da ciddi qanun pozuntularına yol verilir. İdarənin elan etdiyi tenderlərdə isə şübhəli məqamlar çoxdur. Texniki duzun alınması üzrə idarənin elan etdiyi tenderlərin kecirilməsində satınalmalar haqqında qanunun tələblərinə nə dərəcədə riayət olunub,deyə bilmərik.Onu bilirik ki,”Fidan TN” MMC 144000 və “Şamxal-MQ” MMC isə 168000 manatlıq tenderlərin müvafiq olaraq 12-11 2019 və 04.10 2019 cu ildə qalibi olublar. Nizamnanə kapitalı cəmi 4 manat olan “Fidan TN” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu göstərilir. Qanuni təmsilçisi Ələsgər Hüseynov olan MMC nin fəaliyyət sahəsi məlum deyil. Maraqlıdır satınalmasına 212000 manat dövlət vəsaiti ayrılmış texniki duz haradan və neçəyə alınır? Heç kimə sirr deyil ki,dağlıq rayonları ilə müqayisədə paytaxtımızda qış o qədər də sərt keçmir. Qış ayları ərzində Bakıya cəmi bir neçə dəfə qar yağır ki, o da çox vaxt tez də əriyir. Demək olar ki,yollar çox az-az hallarda buz bağlayır. Sanitariya və Texniki Təmizlik İdarəsinin Bakının mərkəzi küçələrindən və bir sıra magistral yollardan başqa,alınmış texniki duzu hara sərf edir? Təbii ki, kağız üzərində Bakının bütün küçələrinə.

Digər bir maraqlı məsələ isə idarənin qalib elan etdiyi MMC-lərin qanuni təmsilçilərinin Lənkəran rayonun kəndlərində qeydiyyatdan keçmələridir.Sanitariya və Texniki Təmizlik İdarəsi keçirilmiş tenderlərdə nə üçün Lənkəran sakinlərinə üstünlük verib?”Şamxal-MQ” MMC hüquqi ünvanı Lənkəran rayonu,Bürcəli kəndidir. RAMİN-AŞ ” MMC isə Müstəqil Dövlətlər Birliyində istehsal olunmuş avtomobi və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalması üzrə tenderinin qalibi olub. MMC-nin qanuni təmsilçisi Sadıqov Nazim Məhərrəm oğludur. Lənkəran rayonu 6 saylı vergilər idarəsində 2014 cü ildə qeydiyyata alımnmış, hüquqi ünvanı Lənkəran rayonu, Daşdalığjar kəndi göstərilmişdir.

“TƏMİNAT-XQ” Məhdud Məsuliyyətli Cəmiyyət isə Avropa ölkələrində istehsal olunmuş avtomobil və mexanizmlər üçün ehtiyyat hissələrinin və bir sıra avadanlıqların satınalınması üzrə tenderin qalibi olub və 112160 manatlıq tenderi udub.Vergilər Nazirliyinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏMİNAT-XQ” MMC -nin hüquqi ünvanı Abşeron rayonu Fatmai kəndi, qanuni təmsilçisi isə Qənirə Hüseynova göstərilib. Nizamnamə kapitalı 10 manat olan bir MMC nin Avropa ölkələrində istehsal olunmuş ehtiyyat hissələrini ala bilməsi sizdə şübhələr yaratmırmı? Bir kənd qadının Avropa olkələrindən pal-paltar,parfümeriya deyil, avtomobillərə ehtiyyat hissələrinin alması nə dərəcədə inandırıcı görsənir? Bu MMC görəsən təsadüfən Sanitariya və Texniki Təmizlik İdarəsinin müdiri Mübariz Hüseynovun yaxınlarına aid deyil ki?
Fiziki şəxs Füzuli Telman oğlu Ağayev isə avtomobil və mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş tenderdə 102000 AZN lik dövlət sifarişi alıb. Dövlət vəsaitinin bu qədər asnlıqla hər fiziki şəxsə həvalə etmək nə dərəcədə qanunauyğun bir haldır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.