"“Araz-Plast” şirkəti son günlərdə əlil və şəhid ailələrinə qarşı təxribat törədir" - Əlil və şəhid ailələri ölkə rəhbərliyinə müraciət etdilər

5-06-2020, 19:05           
"“Araz-Plast” şirkəti son günlərdə əlil və şəhid ailələrinə qarşı təxribat törədir" - Əlil və şəhid ailələri ölkə rəhbərliyinə müraciət etdilər
Teref.az poçtumuza daxil olan şikayət məktubunu təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə
1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya
Heydər Əliyev fondunun vitse-prezidenti, xanım Leyla Əliyevaya
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə
Surəti :
Baş prokuror Kamran Əliyevə
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova
DTX rəisi Əli Nağıyevə və digər bağlantılı qurumlara
Kütləvi İnformasiya Vasitələrinə
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1967-ci məhəllə, “Əlillər evi”ndə yaşayan Qarabağ əlilləri və şəhid ailələrindən evlərinin zəbt olunmasına, kanalizasiyasının, heyətinin, uşaq meydançasının belə olmamasına hüquqi qiymət verilməməsindən və evi zəbt edənlərin evə girişinə qadağa qoymalarından
ŞİKAYƏT
Cənab Prezident!
Hörmətli 1-ci vitse-prezident!
Dövlətin , onun başçısının diqqət və qayğısının sonucu olaraq bizə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1967-ci məhəllədə 200 4-cü ildə tikilməyə başlayan evin yerini hələ tikilməmişdən sifarişçi ƏƏSMN rəhbərliyi ilə “razılaşdıraraq” məmur-oliqarxlar zəbt edib. Öncə Təbriz küçəsi yönündə ayrılan sahə indiki “Life center”in yiyəsinə “peşkəş” edilib, hazırkı yaşadığımız kompleks 36 sotda Əhməd Rəcəbli küçəsinin düz qırağında nəzərdə tutulsa da, bu sahədə zəbt olunub və yerində “Araz-Plast” şirkətinin kommersiya obyekti tikilib. Bu şirkətin yiyəsi Elman Muradov olmayan həyətimizi də zəbt edib və əlavə tikili inşa edib, iri yük maşınları ilə həyəti dayanacağa çevirib. 36 sotluq yaşayış kompleksindən əlil və şəhid ailələrinə cəmi 8 sotluq 3 bloklu, dördqatlı 36 mənzilli yaşayış binası qalıb ki, bu binanın da nə kanalizasiyası var, nə pandüsü, həyəti, istirahət guşəsi, yaşıllığı var, nə də şəhərsalma və tikinti normalarına uyğundur. Belə ki, mənzillərdə daxili divarların hündürlüyü ən azı 2.70 metr olmalı olduğu halda, 2.50 metrdir. Bina dörd yandan məmur villaları və kommersiya obyektləri ilə hasarlandığından, kanalizasiyası olmadığından nəinki nəfəs almaq olur, fövqəladə hallarda təcili yardım maşınlarının girişinə də qadağa qoyulub. Bu binanın 5 il müddətinə tikilib 2009-cu ildə istismara qəbul edilməsi də ƏƏSMN rəhbərliyi ilə əlaqədar qurumların qanunsuz sövdələşməsinin nəticəsində baş verib.
Bir sözlə, burada yaşamaq mümkün deyil. Üstəlik binanı zəbt edən “Araz-Plast” şirkətinin rəhbəri Elman Muradov son günlərdə əlil və şəhid ailələrinə qarşı təxribat törədir, iri yük maşınları ilə olmayan həyəti dayanacağa çevirib və bizim evimizə girişimizə imkan vermir. Bu başabəla iş adamı anlamır ki, əlil və şəhid ailələrinə qarşı xuliqanlıq etməklə, onların maşınlarını əzməklə, əmlaklarını, evlərini qazanc yerinə çevirməklə məsuliyyət daşıyır . Bu şəxsin adı “MTN işi”ndə ermənilərlə iş birliyində hallanıb. 3-4 il qabağın mətbuat səhifələrində bu barədə məhkəmə prosesinə əsasən yazılar dərc olunub. Təqsirləndirilən MTN zabitləri Zaur Məmmədov, Füzuli Əliyev ifadələrində Elman Muradovun ermənilərlə iş birliyində olduğunu bildiriblər. Bu şəxs ermənilərlə iş birliyində olmasını erməni pulunun Azərbaycana gətirilməsi ilə izah edib. Bunun şəhid və əlillərə heç bir isti-soyuğu yoxdur. Kimlə işləyir, kimin pulu ilə varlanır, özü bilər, bizim yaşayışımızı pozmasın! Bunun qudurğanlığından binada hər gün bir insident yaşanır. Müharibə əlilləri və şəhid ailələrinin üzvləri daim gərginlikdədirlər . Nərimanov RİH -dən heç bir narazılığımız yoxdur, hüquqlarımız peşəkarlıqla yüksək səviyyədə qorunur. Karantin rejimində evdə qalanda da icra hakimiyyəti bizim ailələrin hər birini sovqatla təmin etdi. Biz evimizi zəbt edənlərin həyatımıza da təhlükə yaratmasından şikayətçiyik.
Sizdən özbaşınalığa son qoymağınızı və evimizi zəbt edib, özümüzü də evimizə buraxmayan Elman Muradovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirik.
Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı binanın sakinləri
Paşayev Nəsimi Mahmud oğlu 20 Yanvar şəhidi ailəsi (3 nəfər)-mənzil 27
Əliyeva Gülümxanım İman qızı (5 nəfər)-m.26
Məmmədov Rövşən, Qarabağ əlili (5 nəfər)
Hüseynov Əlövsət , Qarabağ əlili (4 nəfər)
Qocayeva Məhəbbət, şəhid ailəsi (4nəfər) və başqaları, bütün bina sakinləri
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandrmağa hazırıq!
Teref.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.