Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

6-07-2020, 17:02           
Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI –
Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI
Naxçıvanın Babək rayonunda ərazisində fəhlələri üzüm tarlasına aparan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində fəhlələrdən biri ölüb, bir neçə ağır yaralı var.

Ovqat.com-un əldə etdiyi məlumatlara əsasən, qəzanın səbəbi avtobusun nasazlığı imiş.

İddialara görə, qəza Nehrəm ərazisində yerləşən “Sum qalası bağçılıq” adlı üzüm və meyvə yetişdirən müəssisəyə aid avtobusda baş verib. Müəssisə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə aiddir. Qəzaya uğrayan avtobus isə bir neçə gün əvvəl Bakıdan həmin müəssisəyə göndərilib. Bildirilir ki, müəssisəyə 1 yox, 2 avtobus göndərilib və onlar Dövlət Gömrük Komitəsinin çıxdaş edilən avtobusları imiş. Fəhlə avtobusları o qədər nimdaş imiş ki, birini ümumiyyətlə ələ gətirmək mümkün olmayıb. Digəri isə nasaz vəziyyətdə istifadəyə verilib.

Şahidlərin bildirdiyinə görə, nasaz vəziyyətdə sürülən avtobus cəmi 3-4 gün Nehrəm “kolxozçu”larına qulluq göstərə bilib. Bu müddət ərzində dəfələrlə xarab olub yolda qalan avtobus bu gün nəhayət aşıb. Nəticəsi isə bir nəfərin ölümünə yol açacaq qədər ağır olub.

Aldığımız məlumata görə, qəza ilə əlaqədar olaraq sürücü göz altına alınıb və yəqin ki, qəzanın bütün günahı onun boynuna qoyulacaq.

İddia edilir ki, “Sum bağları” bağçılıq müəssisəsində iş mövsümi xarakter daşıyır. Qul kimi bağlarda işləyən fəhlələr qazandıqları 5-10 qəpik naminə heç bir təhlükəsizliklərinin təmin olunmadığı şəraitdə çalşmağa məhkumdurlar. Onlarla hər hansı iş müqaviləsi bağlanmayıb və həyatları sığortalanmayıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.