Mingəçevirdə suyun qabağını kəsən "əjdaha" peyda olub - FOTOLAR

7-07-2020, 11:57           
Mingəçevirdə suyun qabağını kəsən "əjdaha" peyda olub - FOTOLAR
Mingəçevirdə bəzi çimərliklərin hər tərəfi hasarlanıb və giriş üçün ödəniş tələb olunur.

Teref.Az mingecevir.org-a istinadla xəbər verir ki, obyektlərə nəzarət edən şəxslərin bəziləri girişin ödənişli olduğunu etiraf etsələr də, bəziləri isə bu iddiaları yalanlayırlar. Bəzi çimərlik sahibləri isə göstərdikləri xidmətin pulunu aldıqlarını deyirlər. Bir neçə ildir ki, ənənəvi xarakter almış amillər çimərliklərdən istifadəyə maneəçilik yaradır.

Çimərliklərə girişin pullu olması, ekoloji vəziyyəti, bəzi çimərliklərin ətrafına hasar çəkilməsi vətəndaşların bu hüquqdan istifadəsini məhdudlaşdırır. İş o yerə çatıb ki, hazırda pulsuz çimərliklərin də sayı azalıb. Halbuki bütün çimərliklər pulsuz olmalıdır. Çimərliklərin əksəriyyəti bəzi sahibkarların özəl mülkünə çevrilib. Bu işbazlar vətəndaşların çimərliklərdən istifadə etmək hüququnu məhdudlaşdıraraq, çimərliyə giriş üçün müəyyən məbləğ də təyin ediblər. Təbii ki, istirahət üçün hansısa xidmət qarşılığında pul ödənilir. Amma çimərlikdən istifadə xalq üçün pulsuz olmalıdır ki, buna isə “kiçik padşahlar” mane olur.

Məlumata görə Mingəçevir çimərliklərini bu hala salan şəhər bələdiyyəsidir. Ancaq onlar da bunu Şəhər İcra Hakimiyyətinin göstərişi ilə etdiklərini deyirlər. Hal-hazırda çimərliklərdə giriş hər avtomobilə görə 10-20 manat arası dəyişir. Aldıqları ödənişə görə heç bir sənəd, arayış, qəbz təqdim etməyən “sahibkarlar”, əslində, dövləti, xüsusən də vergi qurumlarını aldatmış olurlar.

Prezident İlham Əliyev dəfələrlə bu mövzuya toxunaraq, bu kimi qanunsuz addımlar atan məmurların ən sərt şəkildə cəzalandırılacağını demişdir. Görünən odur ki, bəzi icra başçıları, bələdiyyə yetkililəri bu tapşırıqlardan, tənbehlərdən lazımi nəticələr çıxarmayıblar.

Mövzunu diqqətimizdə saxlayacağıq.




шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.