"Azercellin fəaliyyətinin ilk illərində var olan korporativ mədəniyyət tam deqradasiyaya uğramışdır. "- ŞİKAYƏT

2-08-2020, 00:04           
"Azercellin fəaliyyətinin ilk illərində var olan korporativ mədəniyyət tam deqradasiyaya uğramışdır. "- ŞİKAYƏT
Teref.az xəbər verir ki, "Azercell"dən şikayətlərin ardı kəsilmir ki, kəsilmir. Lakin buna baxmayaraq "Azercell"-in nə işində müsbətə doğru bir dəyişiklik görürük ki, əgər olsa idi şikayətçi sayı azalardı, nə də bütün bu hadisələrə onların mövqeyini öyrənə bilirik."Azercell" susmağa və işini eyni planda davam etməyə üstünlük verir. Teref.az olaraq Asi Nadir kimi təqdim edən daha bir müştəri şikayətini oxuculara təqdim edirik:
"Şikayətim Azercelldəndir. Bu gün Heftesonu paketi götürdüm. Əvvəllər 1.20 AZN olan paket üçün 1.50 AZN xidmət haqqı çıxıldı. *1111 zəng etdim. Özünü Kənan Kərimov kimi təqdim edən əməkdaşdan xidmətin dəyərinin artma səbəbini soruşduqda " rəhbərliyin qərarıdır" cavabını verdi. Ona xidmət haqqının qalxmasının hansı iqtisadi və ya texniki əsaslandırılması olduğunu sual verdim. Çünki mobil internet çox zəif idi. Əvəzində isə aldığım cavablar aşağıdakı məzmunda oldu:
1. Rəhbərlik nə istəsə edə bilər, biz səbəbini bilmirik.
2. 30 qəpik nədir ki, ona görə zəng etmisiniz.
3. Biz müştərini niyə məlumatlandıraq ki, siz özünüz hər gün bizim sayta girməlisiniz ki, görək nəyin qiyməti qalxıb.
Mən dedim maşallah nömrələrimizi bilməyən, yəni vermədiyiniz şirkət yoxdur. Olmazmı ki, dəyişiklik haqda sivil praktikaya uyğun müştəriləri məlumatlandırasınız?
Reaksiya və münasibət müştəriyə qırxılmalı qoyun kimi baxdıqlarını göstərir. Azercellin fəaliyyətinin ilk illərində var olan korporativ mədəniyyət tam deqradasiyaya uğramışdır. Görünür kadr yığımı təsadüfüdür və ya "adamına görədir", korporativ mədəniyyətin aşılanması istiqamətində təlimlər keçirilmir. Əməkdaşlar müştərinin şirkətə loyallığını artırmaq marağında deyil.
Azercell rəhbərliyi başa düşməlidir ki, müştərini qovmaq və sonra geri qayıtmağa yalvarmaq onlara daha baha başa gəlir."
Teref.az olaraq ümidvarıq ki, "Azərçell" şikayətə öz mövqeyini bildirəcək və biz onunla oxucularımızı tanış edəcəyik!
Teref.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.