Bakı Nəqliyyat Agentliyi nisbətən yeni olsa da, dövlət vəsaitlərini dağıtmaqda digərlərindən beş çömçə öndədir - Pul silmənin sirləri..SƏNƏDLƏR

6-08-2020, 00:09           
Bakı Nəqliyyat Agentliyi nisbətən yeni olsa da, dövlət vəsaitlərini dağıtmaqda digərlərindən beş çömçə öndədir - Pul silmənin sirləri..SƏNƏDLƏR
Bakı Nəqliyyat Agentliyi nisbətən yeni olsa da, dövlət vəsaitlərini dağıtmaqda digərlərindən beş çömçə öndədir. Təsəvvür edin: sosial çarxların ideyasının və konsepsiyasının hazırlanması üçün “Breyntır” şirkətinə nə az, nə çox – 48 500 manat, yəni 28,5 min ABŞ dolları ödəyib. İndi düşünün ki, BNA həmin sosial çarxların hazırlanmasına nə qədər pul silir!
Teref.az yazır ki, bunu araşdırmaçı jurnalist Hafi Babalı yazıb. Daha sonra Hafiz Babalı yazır:
BNA-nın sosial çarxların ideyasının və konsepsiyasının hazırlanması üçün şirkəti necə tapdığı da maraqlıdır. Qurum “Breyndır” MMC ilə müqaviləni kotirovka sorğusu yolu ilə müəyyən etdiyini yazsa da, etender.gov.az portalında belə bir kotirovka sorğusu elanı yerləşdirilməyib. Belə çıxır ki, BNA şirkətlərə, o cümlədən “Breyndır” MMC-yə fərdi dəvət göndərib. Bəs bu şirkət həqiqətənmi intelektual məhsul istehsalçısıdır ki, nüfuzuna görə BNA-nın rəsmiləri ona fərdi dəvət yollayır? Şirkətin fəaliyyəti barədə her hansı açıq məlumat yoxdur. Nə saytı var, nə publik elektron poçt ünvanı. Şirkət 2019-cu ilin oktyabrın 25-də Bakıda (Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 28, m. 27) yaradılıb. Eyni gündə və eyni mənzildə daha dörd şirkət (“Mınador” MMC, “Aselcam” MMC, “Benıdorm” MMC və “Sunba” MMC) qeydiyyatdan keçib. Şirkətlərin hamısına Üzeyir Vaqif oğlu Abdullayev rəhbərlik edir. Şirkətlərin hüquqi ünvanı onun yaşadığı mənzildir.
Amma BNA, qeyd etdiyimiz kimi, təcrübəsiz və mahiyyətcə birgünlük şirkətlərə pulötürmə və nağdlaşdırma əməliyyatlarında iştirak edən yeganə dövlət qurumu deyil. Bunu 32 yaşlı Üzeyir Abdullayevin iştirakı ilə yaradılan digər şirkətlərin nümunəsində əyani şəkildə görmək olur.
“Breyntır” MMC-dən daha öncə dövlət satınalmalarının qalibləri arasında “Mınador” MMC (Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi" Publik Hüquqi Şəxs: LRİT üçün məlumat baza serverinin alımnası, 32 100 manat), “Benıdorm” MMC (Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi" PHŞ: Təsərrüfat malları və dəftərxana ləvazimatları, 28 665 manat və "Nəqliyyat və Texniki-Təminat İdarəsi" PHŞ: Dəftərxana və təsərrüfat mallarının satınalınması, 18916,94 manat) və “Sunba” MMC (“Azərbaycan Hava Yolları” QSC: Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 və 2 nömrəli uçuş-enmə zolaqlarında istifadə olunan yüksək gərginlikli kabelin birləşdiricisi 54B-nin alınması, 48 357,50 manat) də var.
Hafiz Babalı
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.