"Baku Electronicsdən" növbəti fırıldq - Elan etdiyi hədiyyəni, uduşa düşən "priz"-i danır -FOTO /İTTİHAM

14-08-2020, 20:18           
"Baku Electronicsdən" növbəti fırıldq -
Teref.az xeber verir ki, sosial şəbəkə istifadəçisi Mir Cavid Babayev Baku Electronicsdə baş verən fırıldaqdan şikayət edir.
Mir Cavid Babayev yazır:

Şikayətim, uzun müddətdir müştərisi olduğum Baku Electronicsdəndir
Demək, TV almaq istəyirəm, kompaniya elan etmişdilər, məişət texnikası alana, tozsoran hədiyyə başlığı ilə. Fikrimdə bunu tutmuşdum. 4-5 gün öncə, Baku elcronicsin səhifəsində yarışma keçirdilər, suala cavab verənə hədiyyə. Cavab verdim, sabahısı mənə cavab yazdılar ki, qalibsiz, hədiyyəniz də, tv alarkən soundbar hədiyyə ediləcək,(şəkillərdə hamısı var) məhz 15 nəfər qalibə aiddi bu. Lap yaxşı dedim. Promokod verdilər.
Bu gün getmişəm yoldaşım və qızımla, bir bir məhsullara baxırıq. The Serif tv ni bəyəndim, dedim almaq istəyirəm, 3299 azn idi. Bildirdim ki, 3000+ azn məişət texnikası alana, tozsoran hədiyyə kompaniyanızdan yararlanmaq istəyirəm (şəkildə əlavə edilib).
Dedilər bəli, var elə bir kompaniya. Dedim əla. Və mən qalib gəlmişəm, promokodum var, soundbar udmuşam. Yoxladılar, dedilər bəli. Alacaqsız, həm tozsoran (ümumi kompaniyadır deyə) həm də məhz siz soundbar udmusuz deyə, hədiyyə alacaqsız. Bura qədər hər şey qaydasında.
Teref.az yazır ki, Mir Cavid Babayevin bir müştəri kimi Baku Electronicsdə bundan sonra başına gələnlər həqiqətən özünə hörmət edən bir şirkətə yaraşmayan hərəkətlərdir. Mir Cavad Babayev yazır:
Sifarişi rəsmiləşdirdik, getdim kassaya, tozsoranı yoxladıq elədik, gəldim ödəniş etməyə. Səbətdə tozsoran və soundbar, kassada növbə gözləyirəm, 13:06da kassada növbə mənə çatdı. Təxminən 50 dəq kassada gözlətdilər.
Dedim niyə belə uzun çəkir, 3-4 formada nələrsə dedilər, öncə dedilər prmokod alınmır, onu yoxladılar düz çıxdı, sonra dedilər tozsoranın kodu çıxmır, deyirəm ki bəs axı, 55 dəqdir uje, yoldaşım qızım maşında bayaqdan ac susuz gözləyir, 15 dəqlik işdi, niyə 50-55 dəqdi gözləyirəm alınmır? Dedilər dəqiqləşdiririk, müəllim 5cə dəqə bitir, darıxmayın. Deməli, saat oldu 14:00, ondan etibarən o 5cə dəqi 6-7 dəfə təkrarladılar, mən də aha indi həll olacaq, gedəcəm deyə deyə, 3 dəq də gözləyin vse deyə-deyə, saat 15:00da mənə dedilər ki, məllim hədiyyəni verə bilmirik. Deyirəm səbəb?
Deyirlər ki, hədiyyə online sifarişlər üçündü, soundbar isə birbaşa burdan almağa mümkündü, online versəniz onu, burdan alsanız soundbarı veririk. Deyirəm axı bunu niyə indi deyirsiz? Bayaqdan tam başqa şey deyə deyə düz 2 saatdı məni də ailəmi də ləngidirsiz, həm də ki, saytda yazılmayıb axı məhz online sifariş üçün, bu hardan çıxdı? Orda belə qeyd edirsiz, 2 saat ləngidirsiz, sonra qərar dəyişib belə deyirsiz, müştərini niyə aldadırsız?
Cavab: yadımızdan çıxıb üzrlü sayın.
belə cavab olar??? Günlərdi yadınıza düşmədi, indi yadınıza düşdü?! 2 saat insanları işindən gücündən avara edirlər, cavab da odu ki yadmızdn çıxıb. Sonra da saytda tez dəyişdirdilər ki, nə var nə var 2 hədiyyəni verməsinlər, ad da odu ki, “Məllim qalib olmusuz, şanslı 15 nəfərdən birisiz”
İllərdi müştəriləriyəm, amma bu günki yanaşma çox pis təsir etdi.
Məmnuniyyət sıfır.
Bütün şəkillər postda əlavə edilib.

Teref.az olaraq Baku Electronicsdən bu hadisələr barədə mövqeyini bildirəcəyini gözləyirik!
Teref.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.