İlqar Süleymanovdan Binəqədinin icra başçısına yeni zərbə - Təfərrüat

28-09-2020, 09:34           
İlqar Süleymanovdan Binəqədinin icra başçısına yeni zərbə - Təfərrüat
Paytaxtın Binəqədi rayon icra başçısı Elxan Allahverdiyev köhnə komanda üzvlərindən qurtula və onların ləkəli reputasiyasını üəzrlərindən təmizləyə bilmir. Xüsusən də icra başçısının müavini İlqar Süleymanov ona böyük baş ağrısı yaradır və ciddi şəkildə əngəl olur.
Xeberfakt.az-ın verdiyi məlumata görə, İ.Süleymanovun əvvəldən adının qanunsuz işlərdə, qalmaqallarda hallanması, keçmiş başçı Xaləddin İsgəndərovla işbirliyi haqda medianın yazması E.Allahverdiyevin fəaliyyətinə mənfi təsir edir.
O, İH rəhbəri təyin edildiyi vaxtdan adı hər hansı ciddi korrupsiyada, özbaşınalıq faktında keçməyib. Odur ki, prezident qarşısında dosyesi hələlik təmiz hesab edilir. E.Allahverdiyev istəmir ki, hər hansı iddia, şikayətlə gündəmə gəlsin.
Amma müavini İ.Süleymanovun ucbatından Binəqədi İH tez-tez diqqət mərkəzinə düşür, adının müxtəlif işlərdə hallanması icra başçısını batırır.
O baxımdan E.Allahverdiyevə İ.Süleymanovla işləmək bir o qədər sərfəli deyil. İcra başçısı komandasını yeniləməsə, rayonda köhnə üsul idarəçiliyi dəyişməsə, tikinti və digər işlərlə bağlı qeyri-rəsmi məsələlərə son qoymasa belə davam edəcək.
Çünki hələ X.İsgəndərovun dönəmində rayon ərazisində həyata keçirilən söküntü işlərinin “ilhamvericisi” kimi tanınan İlqar Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimli torpaq sahələrinin mənimsənilməsi və satışı işinə baxan şəxs kimi ad qazanıb. İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır.
Başçının müavini ilə yollarının ayırması üçün digər səbəb adının yanan bina işində keçməsi və bir neçə il qabaq saxlanılmasıdır.
İ.Süleymanov sabiq icra başçısı x.İskəndərovun ən etibarlı adamlarından biri idi və rayondakı tikinti-təmir işlərini kurasiya edirdi. Yanan binaya görə başçıdan sonra məsuliyyət daşıyacaq ikinci şəxsdir.
Ö, ölkədən qaçmaq istəyərkən Beynəlxalq Hava Limanında təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanmışdı. Ona bildirilmişdi ki, ölkədən çıxmasına rəsmi qadağa var. İndi düşünün ki, adı hər bir qaranlıq məsələdə keçən, müsbət imici olmayan kadrla yeni icra başçısı niyə işləsin?!













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.