Vasif xanın yeznesi Səbuhi Novruzovun müftə başa gələn yanacaqdoldurma stansiyası FOTO

26-11-2022, 08:47           
Vasif xanın yeznesi Səbuhi Novruzovun müftə başa gələn yanacaqdoldurma stansiyası FOTO
Vasif Talıbovun yeznesi Səbuhi Novruzovun obyekti olan SV restoranı barədə məlumat vermişdik. Vurğulamışdıq ki, bu restoranın üstündən quş quşluğu ilə uça bilməz. Hətta bu restoranda yeyib içənlərə xüsusi kart verirlər ki, yolda yol polisi onlara ilişməsin.
Sual edə bilərsiniz: Bu qeyri-adi müəssisə Səbuhi Novruzova neçəyə başa gəlib?
Təəccüblənməyin, tam müftə. Məsələ burasındadır ki, Səbuhi müəllim bu obyekti Şehmuz Kaçmaz adlı bir türk iş adamına tikdirib pulunu verməyib.
Səbuhi Novruzov bundan əlavə həmin iş adamına Biçənəkdəki villasını tikdirib, “Dan yeri” AVM-in arxasındakı evini təmir etdirib. Təbii ki, onları da müftə.
“Qara Pişiy”in iddiasına görə, Şehmuz Kaçmaz bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, DİN-nə, DTX-ya və XİN-nə şikayət məktubları da ünvanlayıb. Məktublarına cavab Naxçıvan MR DİN-dən gəlib. Onu Naxçıvana izahat verməyə çağırıblar. Türk iş adamı isə ora getməyib. Çünki Prezidentə göndərdiyi məktubun onun məktub işlərinə baxan Süleyman İbn Abbas tərəfindən “xan” həzrətlərinə ötürülmədiyindən əmin deyil.
Heydər Oğuz
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.