“Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI

21-08-2019, 15:44           
“Etibar Əliyev siyasətlə məşğul olmaq istəmədi” - Fazil Mustafa jurnalistlə təhsil ekspertinin davasından DANIŞDI
Jurnalist Eynulla Fətullayevlə təhsil eksperti Etibar Əliyev arasında yaşanan “söz davası” az qala əlbəyaxa davaya çevriləcəkdi. Eynulla Fətullayev Etibar Əliyevə zəng edib onu görüşə çağırsa da, ikinci bunu özünə rəva bilməyib.

“Bir müddət əvvəl məni təhqir etdi. Zəng etdim, söydüm onu və görüş təyin etdim. Bilirdim ki, gəlməyəcək, qorxacaq, çünki həbs təhlükəsi gələn kimi Fazil Mustafanın partiyasına qaçır, həbs təhlükəsi sovuşan kimi Əli Kərimlinin dəstəkçiləri sıralarında peyda olur...
...Etibar bu gün qaçdı əlimdən. Amma onu tapacam. Etibarla üz-üzə gəlmək istəyirəm, amma qorxur, gəlmir… Etibar, sən qorxaqsan!”, - Eynulla Fətullayev yazıb.

Qarşı tərəfin E. Fətullayevə cavabı gecikməyib. Jurnalisti “qoçu” adlandıran E. Əliyev bildirib:

“Telefonumna tanımadığım nömrədən zəng gəldi. Təkrar yığan kimi nömrə sahibi əxlaqsız söyüşlər söyməyə başladı. Eynulla idi. İsterik durumunu təsvir etmək mümkün deyildi. Normal insan ayıq başla belə söyüşlər söyə bilməzdi...
...Yazır ki, guya mən onu təhqir etdiyimdən o, məni görüşə çağırıb. Tamamilə yalandır. Kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin.
Əslində bizim konfliktimiz nədən başlayıb. Bu ermənipərəst simasız vücud statuslarının birində yazmışdı ki, biz Şuşanın verilməsi ilə barışmalıyıq. Mən onun bu sərsəm yazısına cavab verdim. Eynulla bunu şəxsinə təhqir kimi qəbul etmişdi. Yenə də təkrar edirəm, kişiliyi də çatmır ki, konfliktin səbəbini düz desin. Bundan bir müddət sonra statuslarının birində məni təhqir etdi. Mən də onun üslubuna uyğun cavab verdim.

Dünən də duelə çağırdı məni. Adam hələ də Orta əsrlər təfəkküründə qalıb. Yazır ki, Etibar Əliyev qaçdı əlimdən. Saat 23-də məni duelə çağırıb. Mən belə yaramazdan qorxmaram. Ancaq hüquqi dövlətdə KİV rəhbərinin özünü qoçu kimi aparması heç bir əndazəyə sığmır”.

Modern.az-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğludan paylaşımda qeyd olunan iddia ilə bağlı cavab istəyib.

Deputat deyir ki, hər iki tanınmış şəxs arasında bu cür insidentin yaranmasını istəmir, Etibar Əliyevin partiya ilə yaxınlığı isə həbslə bağlı məsələ deyil:

“Orada qeyd olunan məsələlər bir az fərqlidir. Etibar Əliyev bizim partiyadan deputatlıq üçün namizədliyini vermişdi. Buna görə də partiya sıralarına daxil olmuşdu, yəni həbslə bağlı məsələ deyildi. Onu bilirəm ki, Eribar Əliyev deputat seçkilərində iştirak edəndə, 2010-cu ildə bizim partiyanın üzvü olmuşdu. Ondan sonra siyasətlə məşul olmaq istəmədi deyə, təhsil eksperti kimi fəliyyət göstərdi və partiyadan çıxdı. Başqa məslələr barədə açığı bilgim yoxdur. Heç istəməzdim ki, jurnalistika və təhsil sahəsində tanınmış, istedadlı şəxslər bir-biri ilə düşmənçilik müstəvisində münasibət sərgiləsinlər. Ümid edirəm ki, aralarındakı məsələ yoluna düşəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.