Siyavuş Novruzov yenə Əli İnsanovdan danışdı: Bu dəfə ad çəkmədən

19-11-2019, 16:31           
Siyavuş Novruzov yenə Əli İnsanovdan danışdı: Bu dəfə ad çəkmədən
“Həbsdən çıxan müxalifətçi demokratiyadan, insan haqlarından danışır, amma özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov ittiham etdiyi şəxsin adını çəkməsə də, əvvəllər hakim komandada yer aldığına işarə vurub:

“Hansı ki, o, Azərbaycan vətəndaşını işə bərpa etməyib və insanları dövlətdən narazı salıb. O, 5 Avropa Məhkəməsinin qərarını yerinə yetirmir. Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdır”.

Cebhe.info xəbər verir ki, sözügedən şəxsin sabiq səhiyyə naziri Əli İnsanov olduğu təxmin edilir. Bununla bağlı dəfələrlə Əli İnsanova qarşı ittihamlar irəli sürülüb. /Cebhe.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.